Icma.az
close
up
RU
Orta Dəhliz regionda dayanıqlı sabitliyin qarantı rolunda çıxış edir ŞƏRH

Orta Dəhliz regionda dayanıqlı sabitliyin qarantı rolunda çıxış edir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxış edən prezidentlər Orta Dəhlizin mahiyyətindən və onun genişləndirilməsinin zərurətindən danışdılar ki, bu da təsadüfi deyil.

Bu fikri AZƏRTAC-a müsahibəsində “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin (İB) sədri, ekspert Zaur İbrahimov bildirib.

Onun sözlərinə görə, məsələnin mahiyyəti ondadır ki, Orta Dəhliz yalnız iqtisadi dividentlər qazanmaq üçün həyata keçirilən beynəlxalq əhəmiyyətli layihə deyil. Orta Dəhliz TDT dövlətlərinin iqtisadiyyatının inkişafına böyük təkan verməklə yanaşı, onların siyasi müstəqilliyinin və regionda dayanıqlı sabitliyin qarantı rolunda çıxış edir.

Dünyanın iki böyük qitəsini birləşdirən Orta Dəhliz, onun əsas seqmentləri olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi yeni regional güc mərkəzinin formalaşmasını şərtləndirib. Bu güc mərkəzinin formalaşma prosesi Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra başlandı. Azərbaycanın Qələbəsi nəinki regionda, eləcə də qlobal miqyasda yeni reallıqlar yaratdı. Bu reallıqlar beynəlxalq ticarətin və dünya iqtisadiyyatının inkişafı üçün yeni tranzit-nəqliyyat dəhlizlərinin meydana çıxmasından ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev yeni dünya düzəninin qurulması prosesini diqqətlə izləyərək, həmçinin dəqiq və uzaqgörən addımlar ataraq, nəqliyyat və tranzit sahəsində böyük infrastruktur layihələrinin (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) həyata keçməsinə nail olaraq Zəngəzur Dəhlizini açılması təşəbbüsü ilə çıxış etdi və beynəlxalq dəstək qazandı. Çin və Cənub Şərqi Asiyanın digər dövlətləri Qərbi və Şərqi Avropa, Pribaltika dövlətləri ilə ticarət əlaqələrini bu dəhlizlərlə həyata keçirirlər.

Zaur İbrahimovun sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən “Cosco Shipping Lines” nəqliyyat şirkətinin baş meneceri Qivi Çaçanidze də yükdaşımalarının artdığını bildirib. Qeyd edib ki, 2023-cü ilə nisbətən 2024-cü ildə Orta Dəhlizlə konteyner daşımaları 65 faiz artıb. Q.Çaçanidzenin şirkəti Avropadan Asiyaya konteyner yüklərinin daşınması üçün artıq sifarişlər alıb və buna əsasən, 2026-cı ildə də konteyner daşımalarının artacağını gözləyir.

Ekspert qeyd edib ki, Çinin Avropa ilə ticarət əlaqələrini artırması istiqamətində həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsində Azərbaycana əhəmiyyətli yer ayırması da təsadüfi xarakter daşımır. Rusiya ilə Ukrayna arasında müharibədən sonra Danimarkanın “Maerks”, Finlandiyanın “Normand and Logistics”, Niderlandın “Rele Bridc Gargo”, Fransanın “Sva Logistics” şirkətləri Avropadan Asiyaya daşınan yüklərin 40 faizini Cənub marşrutundan Orta Dəhlizə keçirdilər. Bu şirkətlər təkcə ölkə və region daxilində deyil, qlobal səviyyədə ticarət aparır, milyardlarla dollar həcmində ixrac-idxal əməliyyatları həyata keçirirlər. Bu kompaniyaların minlərlə əməkdaşı, işçisi, mütəxəssisi var. Yalnız mənsub olduqları deyil, ərazisində fəaliyyət göstərdikləri dövlətlərin büdcəsinə milyardlarla dollar vergi ödəyirlər. Bütün bunlar həmin korporasiyaların dövlət siyasətinə təsir etmək imkanı yaradır. Digər tərəfdən milli dövlətlərin praqmatik iqtisadi siyasəti bu kompaniyalarla əməkdaşlığı rəvan və məqbul edir. Bu və ya digər ölkədə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində işlər görən, minlərlə iş yeri açan, müxtəlif humanitar tədbirlər həyata keçirən və qeyd etdiyimiz kimi, büdcə daxilolmalarını valyuta ilə artıran kompaniyanın dövlətdən dayanıqlı siyasi sabitliyin yaradılmasını tələb etməsi tam təbii qəbul edilir. Milli dövlətlər də bu tələbi ödəməkdə maraqlıdırlar.

Beləliklə, yükünü Orta Dəhlizlə nəql edən Çin və Avropa dövlətləri dəhliz boyu yerləşən dövlətlərdə dayanıqlı siyasi sabitliyin hökm sürməsində, təhlükəsizliyin təmin olunmasında, siyasi müstəqilliyin möhkəmlənməsində maraqlı olacaqlar və sabitliyi təmin edəcəklər.

Bu gün dünyada baş verən gərgin geosiyasi proseslər fonunda TDT dövlətlərinin birlikdə Orta Dəhlizin fəaliyyətinin gücləndirməsi istiqamətindəki tədbirləri, həmçinin ABŞ və Avropa İttifaqının Orta Dəhliz və onun əsas seqminti olan Zəngəzur dəhlizini dəstəkləməsi təsadüfi xarakter daşımır.

“Bütün bunları nəzərə alaraq, TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün olduqca faydalı və gələcəyə yönəlmiş tədbir olduğunu deyə bilərik. Bu dövlətlər adı çəkilən dəhlizlər vasitəsi ilə dünya iqtisadiyyatına inteqrasiya olunaraq qlobal siyasətdə mövqe nümayiş etdirmək haqqı qazanacaqlar ki, bu da TDT-nin yeni güc mərkəzinə transformasiya olunduğunu aşkar şəkildə ortaya qoyur”, - deyə Z.İbrahimov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri