Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Azərbaycan Rusiyaya iqtisadi sanksiya qoya bilərmi?

Azərbaycan Rusiyaya iqtisadi sanksiya qoya bilərmi?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Rusiya arasında davam edən siyasi gərginliyə qarşılıqlı iqtisadi təhdidlər də əlavə olunub.

Bu tendensiyanı hər iki ölkənin hökumətyönlü mediasınnda görmək mümkündür.

Fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Rusiya ilə əldə edilmiş razılaşmanı təsdiqləsə də, Azərbaycan Televiziyasında, o cümlədən, Azərbaycan hakimiyyətinə yaxın mediada rəsmi Bakının Moskvaya qarşı iqtisadi sanksiya tətbiq edə biləcəyi ehtimalları müzakirə olunur.

Lakin hələlik hər iki tərəfdən də rəsmi şəkildə iqtisadi sanksiyalarla bağlı hər hansı açıqlama yoxdur.

Bəs Azərbaycanın Rusiyaya iqtisadi sanksiya tətbiq etməsi nə dərəcədə realdır? Bu addımın Azərbaycana əks-təsirləri ola bilərmi?

İqtisadçı Elçin Rəşid Azərbaycanın Ruisyaya qarşı iqtisadi sanksiya qoyacağına inanmadığın bildirib.

O hesab edir ki, bu addım Rusiyadan daha çox Azərbaycanın özünə zərər verər.

İqtisadçı fikrini iki ölkə arasındakı iqtisadi asılılığın səviyyəsi ilə əsaslandırır.

"Azərbaycan kənd təsərrüfatı məhsullarının 90 faizə qədəri Rusiyaya ixrac olunur. Eyni zamanda Azərbaycan bəzi məhsulları da Rusiyadan idxal edir, buna misal olaraq taxılı göstərmək olar. Nəqliyyat logistikada Azərbaycanın ən böyük tərəfdaşı Rusiyadır. Azərbaycana gələn hər üç turistdən biri Rusiyanın payına düşür. Rusiya vətəndaşları Azərbaycanda daşınmaz əmlak alır", - iqtisadçı Elçin Rəşid deyib.

Statistikaya görə qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlı olduğunu deyən Azərbaycanın bu sahə üzrə ən böyük satış bazarı Rusiyadır.

İqtisadçı hesab edir ki, belə olan halda əgər Azərbaycan Rusiyaya sanksiya tətbiq edərsə, Azərbaycanda kənd təsərrüfatı məhv ola bilər.

Elçin Rəşid deyib ki, "Belə bir addımın atılması ölkədə kənd təsərrüfatını öldürəcək. Bildiyiniz kimi ölkədə bəzi rayonlarda kənd təsərrüfatı məhsullarının saxlanması üçün iri soyuducular istifadəyə verilib və sadə kəndlilərin satdığı məhsullar bu soyuduculara yığılır, daha sonra TIR-larla Rusiyaya daşınır."

Onun sözlərinə görə, Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarında iri məmur şirkətləri ilə yanaşı, kiçik fermerlərin və geniş əhali kütləsinin də payı var.

Təhlilçi hesab edir ki, sanksiyalar ixracın azalmasına, dolayısı ilə sadə kəndlinin öz məhsulunu satmasına da maneə yaradacaq.

"Bu isə o deməkdir ki, Rusiyaya qarşı sanksiyaların Azərbaycana iqtisadi təsirləri ilə yanaşı, sosial təsirləri də olacaq", - iqtisadçı Elçin Rəşid bildirib.

Elçin Rəşid deyir ki, üstəlik uzun illər ərzində Azərbaycanın öz kənd təsərrüfatı məhsullarını satması üçün alternativ bazarlara çıxışa səy göstərməməsi onu Rusiyadan asılı vəziyyətə salıb.

İqtisadçı bildirib ki, əgər sanksiya tətbiq edilərsə, o zaman Rusiya da bunu cavabsız qoymayacaq.

Onun sözlərinə görə, Rusiya Azərbaycan üçün təkcə ixrac bazarı kimi deyil, həm də bir çox istehsal məhsullarının, xammalın alındığı ölkədir.

Buna misal olaraq, gübrə, taxıl və sənaye istehsalında istifadə olunan bir çox məhsulları göstərmək olar.

Elçin Rəşid hesab edir ki, Rusiyaya qarşı sanksiyalar, bu ölkədən Azərbaycana satılan taxılın qiymətinin də artmasına gətirib çıxarar ki, nəticədə Azərbaycanda ən böyük istehlak mallarından olan çörək bahalaşa bilər.

İqtisadçı rəsmi Bakının Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulması ehtimalını da real hesab etmir.

Onun fikrincə bu, ölkəyə həm siyasi həm təhlükəsizlik, həm də iqtisadi risklər yarada bilər.

Bütün bu səbəbləri nəzərə alan iqtisadçı hesab edir ki, Azərbaycan Rusiyaya yalnız simvolik olaraq sanksiya tətbiq edə bilər. Onun fikrincə, bu da Rusiyadakı ayrı-ayrı şəxsləri əhatə bilər, dövlətin özünü yox.

Bbc.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri