Icma.az
close
up
RU
Azərbaycan sabitliyin ciddi amilidir Şimali Makedoniyanın Prezidenti (Video)

Azərbaycan sabitliyin ciddi amilidir Şimali Makedoniyanın Prezidenti (Video)

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti çərçivəsində Trend-in sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin hazırkı sammitdə iştirakı və 12-ci sammitin Azərbaycanda keçirilməsi Avropa İttifaqının Avrasiya və Asiya ölkələri ilə münasibətləri genişləndirməyə artan marağını əks etdirir.

"Bu, yaxşı addımdır, eyni zamanda müəyyən etimad deməkdir. Bu o deməkdir ki, Azərbaycan həm də sabitliyin ciddi amili kimi nəzərdən keçirilir", - deyə o bildirib.

Silyanovska-Davkova qeyd edib ki, enerji böhranı fonunda Avropa ölkələri əhəmiyyətli enerji ehtiyatlarına malik dövlətlərə getdikcə daha çox diqqət yetirirlər.

"Ciddi enerji böhranı zamanı bütün yollar enerji resursları istehsalçıları kimi tanınan ölkələrə aparır", - deyə o vurğulayıb.

Azərbaycana gələcək səfərlərin perspektivlərindən danışan Şimali Makedoniyanın Prezidenti ölkə haqqında müsbət fikirlər səsləndirib, beynəlxalq tədbirlərin, o cümlədən COP-un yüksək səviyyədə təşkilini, eləcə də zəngin mədəni-tarixi irsini xüsusi qeyd edib.

O, xüsusilə Nizami Gəncəvinin irsinə marağı vurğulayaraq, onun Azərbaycan mədəniyyəti, tarixi və xalqı üçün əhəmiyyətini qeyd edib.

"Mən onun haqqında çox şey öyrəndim. Onun sizin mədəniyyətiniz, tarixiniz və xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu anlayıram. Orada heç vaxt unutmayacağım gözəl müzakirələr keçirildi", - deyə o əlavə edib.

Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində 50-yə yaxın Avropa ölkəsinin və digər tərəfdaş dövlətlərin liderlərini bir araya gətirən Avropa Siyasi Birliyinin (ASB) 9-cu sammiti keçirilir.

Görüş Dublindəki Konfrans Mərkəzində Avropa Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixol Martininin həmsədrliyi ilə keçirilir. Sammit "Avropa - güclü, təhlükəsiz və qarşılıqlı əlaqəli" şüarı altında təşkil olunur.

Gündəlikdəki əsas mövzular arasında Avropanın təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi rəqabət qabiliyyəti, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqələrin gücləndirilməsi yer alır.

Avropanın müdafiə imkanlarına, kiberhücumlara, dezinformasiyaya və digər hibrid təhdidlərə qarşı mübarizəyə, eləcə də Avropa təhlükəsizliyinin təmin edilməsində Avropa ölkələri və ABŞ arasında məsuliyyət bölgüsünə xüsusi diqqət yetiriləcək.

İqtisadi gündəliyə innovasiyaların və rəqəmsal infrastrukturun inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji resurslarının əlçatan və etibarlı tədarükünün təmin edilməsi, eləcə də Avropa iqtisadiyyatının xarici sarsıntılara qarşı dayanıqlığının artırılması daxildir.

Avropa Siyasi Birliyi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələri arasında siyasi dialoq və koordinasiya platforması kimi yaradılıb.

Azərbaycan üçün sammitdə iştirak enerji əməkdaşlığı, Cənubi Qafqazda sülh prosesi və nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

ASB-nin 12-ci sammitinin 2028-ci ilin may ayında Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu, Bakıya Avropa liderlərini qəbul etmək, regional məsələlər və daha geniş Avropa gündəliyi üzrə dialoqu davam etdirmək imkanı verəcək.

Dublində Avropa Siyasi Birliyinin sammiti başa çatdıqdan sonra, noyabrın 13-də Avropa İttifaqına üzv 27 dövlətin liderlərinin ayrıca qeyri-rəsmi görüşü keçiriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri