Azərbaycan Sahibkarlar Konfederasiyasına Baş katib təyin olunub
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub. SİA bu barədə Konfederasiyaya istinadən xəbər verir.
Məlumata görə, qurumun prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.
O, əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında başlayıb, Fövqəladə Hallar Nazirliyinin Katibliyinin rəis müavini, Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb, bu ilin aprelindən Konfederasiya prezidentinin müşaviri təyin edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasına Baş katib təyin olunub
05 Dekabr 2024 15:42

