Azərbaycan samboçusu: Hər kəs qızıl medal qazanacağıma inanırdı
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Göygöl, 29 sentyabr, AZƏRTAC
Bu nəticəni əldə edəcəyimi əvvəlcədən gözləyirdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan samboçusu Nihad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
64 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı finala kimi rahat gəldiyini bildirib: "Bütün rəqiblərimə xal vermədən qalib gəlmişdim. Həlledici görüşdən öncə qızıl medal qazanacağıma hər kəs inanırdı. Üstümdə əziyyəti olan məşqçilərimə təşəkkür edirəm".
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Baxış sayı:83
Bu xəbər 29 Sentyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















