Icma.az
close
up
RU
Nə polis var, nə avtomobil: Futbol meydançasından da kiçik ada

Nə polis var, nə avtomobil: Futbol meydançasından da kiçik ada

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Karib dənizində yerləşən və cəmi 2,4 akr sahəni əhatə edən bir adada nə kənd təsərrüfatı üçün torpaq, nə polis xidməti, nə də müasir kanalizasiya sistemi mövcuddur. Buna baxmayaraq, burada hər kvadrat metrə düşən əhali sıxlığı Nyu-Yorkdakı Manhettendən belə yüksəkdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Express” nəşri yazır.

Söhbət Santa-Krus-del-İslote adasından gedir. Ada XIX əsrdə balıqçılar tərəfindən kiçik bir mərcan rifinin üzərində salınıb. Məqsəd balıq ehtiyatları ilə zəngin olan bu sularda daha uzun müddət qalmaq idi.

Kolumbiya sahillərinə yaxın əlverişli mövqeyi ilə seçilən və futbol meydançasından da kiçik olan bu ada zamanla daimi yaşayış məntəqəsinə çevrilib. Hazırda Santa-Krus-del-İslotedə təxminən 200 ailə yaşayır. Məlumatlara görə, adada yaşayan insanların sayı şəraitdən asılı olaraq bir neçə yüz nəfərdən min nəfərdən çoxa qədər dəyişə bilir.

Adanı ziyarət etmiş bloger Ruhi Çenet bildirib ki, burada tikinti demək olar plansız aparılır. Onun sözlərinə görə, boş yer tapılmadıqda mövcud binaların üzərində yeni evlər inşa edilir. Çenet əlavə edib ki, adada ailə planlaşdırılması anlayışı yoxdur və artan əhalini yerləşdirmək üçün hər qarış sahə bir-birinə bitişik evlərlə doludur.

Adada kanalizasiya sistemi olmadığı üçün tullantılar birbaşa dənizə axıdılır, elektrik enerjisinin verilişində isə tez-tez fasilələr yaranır. Balıqçılıqdan başqa məşğulluq imkanlarının məhdud olması səbəbindən sakinlərin bir hissəsi qonşu Mukura adasında turizm sahəsində işləməyə üstünlük verir.

Yerli əhali təzə balıqla təmin olunsa da, ərzaq məhsullarının yetişdirilməsi üçün yer olmadığından Kolumbiya donanması hər bir neçə həftədən bir adaya ərzaq çatdırır.

"Express” yazır ki, iş imkanlarının və infrastrukturun məhdudluğuna baxmayaraq, sakinlər burada demək olar ki, cinayətkarlığın olmadığını, polisə ehtiyac duymadıqlarını və başqa yerdə yaşamaq istəmədiklərini bildirirlər.

Kiçik ölçüsünə rəğmən, adada məktəb, kilsə, tibb məntəqəsi və hətta otel üçün yer tapılıb. Burada avtomobil və motosiklet də yoxdur, çünki adanın bir başından o biri başına piyada cəmi iki dəqiqəyə getmək mümkündür.

42 yaşlı yerli sakinlərdən biri bildirib ki, adada hamı bir-birini tanıyır, insanlar mehriban münasibət saxlayır və təhlükəsizliklə bağlı problem yaşanmır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Dekabr 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri