Azərbaycan səfiri Latviyanın Müstəqilliyinin Bərpasının ildönümü münasibətilə Seymin iclasında iştirak edib
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviyanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü münasibətilə Seymin (parlamentin) təntənəli iclasında iştirak edib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Latviya Respublikasının Müstəqilliyinin Bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycan səfiri Elnur Sultanov Azadlıq abidəsi önünə gülqoyma mərasimində iştirak edib və Seymin təntənəli iclasında iştirak edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, Latviya 1918-ci il noyabrın 18-də Rusiya İmperiyasından müstəqilliyini elan edib. 1940-cı ildə ölkə Sovet İttifaqı tərəfindən işğal və ilhaq edilib. Onilliklər boyu Latviya dövləti yalnız de-yure mövcud olub. 50 il aradan sonra mayın 4-də Latviya SSR Ali Soveti Latviya Respublikasının Müstəqilliyinin Bərpası haqqında Bəyannamə qəbul edib. Həmin gün ölkənin SSRİ-dən çıxmasının başlanğıcı hesab olunur və hər il Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.
Baxış sayı:59
Bu xəbər 04 May 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















