Icma.az
close
up
RU
ŞKTRnın müstəqilliyinin 41ci ildönümü münasibətilə tədbir keçirilib

ŞKTRnın müstəqilliyinin 41ci ildönümü münasibətilə tədbir keçirilib

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 41-ci ildönümü münasibətilə noyabrın 28-də Bakıda tədbir təşkil edilib. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ölkəmizin beynəlxalq COP29 iqlim konfransına yüksəksəviyyəli ev sahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. O, böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. Ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib."Prezident İlham Əliyevin Türk dünyasından başqa ailəmiz yoxdur sözü bizim üçün yol xəritəsidir və bu yolda işləmək bizim böyük vəzifəmiz və məsuliyyətimizdir. Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur.Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm, ali təhsil sahəsində əməkdaşlığın inkişafı üçün nümayəndə heyətlərimiz il ərzində bir çox görüşlər keçirib", - deyə Turganer vurğulayıb.Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev deyib: "Kipr Türk Respublikasının quruluş günü kimi qeyd etdiyimiz 1983-cü ilin 15 noyabr günü həmin illərin siyasi çaxnaşmaları içərisində öz milli kimliyini qorumağa və müstəqilliyini qazanmağa çalışan Kipr türklərinin tarixində mühüm dönüş nöqtəsi olub. O gündən sonra qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, Kıbrıs türkləri öz ata-baba yurdlarında sülh və əmin-amanlığa nail olaraq, müstəqillik yoluna qətiyyətlə davam edirlər".Deputat bildirib ki, bir vaxtlar soyqırımı və köçkünlük təhlükəsi ilə üzləşmiş Kipr türkləri ortaq dəyərləri və türk kimliyinə dərin bağlılığı ilə hər zaman böyük Türk dünyasının ayrılmaz parçası olublar. Bu baxımdan Azərbaycan Şimali Kipr və Mərkəzi Asiya dövlətləri arasında dialoqun təşviqində, siyasi və iqtisadi boşluqların aradan qaldırılmasında mühüm rol oynamaqdadır. Azərbaycan Respublikası türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardımların göstərilməsi ilə türk birliyinin möhkəmlənməsinə hər zaman töhfə verib və bu prinsiplər bu gün də ölkəmizin xarici siyasətində prioritet olaraq qalır.Deputat vurğulayıb ki, son illər sürətlə genişlənən ikitərəfli əlaqələrimiz müxtəlif sahələrə, o cümlədən təhsilə mühüm töhfələr verməkdədir. Hazırda 1000-ə yaxın azərbaycanlı tələbə Şimali Kiprin müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsillərini davam etdirir və eyni zamanda bir çox azərbaycanlı təhsil işçisi ölkənin akademik müəssisələrində uğurla çalışır. Qarşıdakı illərdə professor-müəllim heyətlərinin mübadiləsi nəzərdə tutulur ki, bu da münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcək.Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri