Peru Konqresi Azərbaycanın müstəqilliyinin 107 ci ildönümü münasibətilə bəyanat qəbul edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlarına təbriklə bağlı bəyanat qəbul edib.
Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda, Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarına bərabər hüquqlarla təmin edən respublika, Şərqin ilk demokratiyası olduğu qeyd edilir. Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadıqları vurğulanıb.
Ölkəmizin uzun illər davam edən xarici işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, hazırda isə Cənubi Qafqaz regionunda davamlı və dönməz sülhün əldə olunması, eləcə də sabitlik və təhlükəsizliyin bərpası istiqamətində addımları təqdir edilib.
Qeyd edilib ki, bütün dünya azərbaycanlıları 28 may tarixini Azərbaycanın milli bayramı kimi qeyd edir və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar.
Ölkəmizin Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 May 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















