Azərbaycan səfiri Perunun XİN başçısının müavini ilə iqtisadi məsələləri müzakirə edib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbayacanın Perudakı qeyri-rezident səfiri Məmməd Talıbov bu ölkənin xarici işlər nazirinin müavini Feliks Deneqri Bosa ilə iqtisadi məsələləri müzakirə edib.
525.az xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Nazir müavini Azərbaycan səfiri Məmməd Talıbovu qəbul edib, onunla siyasi dialoqu, müxtəlif sahələrdə əməkdaşlığı, həmçinin 2026-cı ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ərəfəsində iqtisadi əlaqələri gücləndirmək niyyətini təsdiqləyib”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
Talıbov isə öz səhifəsində görüşə dair təəssüratını paylaşaraq “iqtisadi və ticarət sahələrində münasibətlərin gücləndirilməsinə qarşılıqlı marağın” olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 May 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















