Icma.az
close
up
RU
“Azərbaycan şəhərləri öz sözünü son anda deyəcək” MÜSAHİBƏ

“Azərbaycan şəhərləri öz sözünü son anda deyəcək” MÜSAHİBƏ

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin ilk qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı olub. S.Rüstəmxanlı İrandakı son nümayişlərlə bağlı sualları cavablandırıb:

- Sabir bəy, İrandakı son aksiyalarla rejimin süqutunu yaxınlaşdıran əlamətlər görünürmü, yoxsa bu dəfə də güc yolu ilə üsyanlar yatırılacaq?

- İranda hadisələrin necə yekunlaşacağını söyləmək çətindir. Ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları başlasa da, bütün İranı əhatə etmir. Ona görə də bu barədə indidən tələsik qərar çıxarmaq çətindir. Amma əhalinin sosial vəziyyəti, ölkənin iqtisadiyyatı, siyasi şərait ciddi narazılıq doğurur. Hazırda siyasi fəalların həbsi, icra olunan edamlar, konstitusiya ilə nəzərdə tutulan azadlıqların xalqlara verilməməsi ciddi məsələlərdir. Ona görə də İranın hər yerində bölünən xalqları bu məsələ narahat edir. Özləri də etiraf edirlər ki, iqtisadi şərait pisdir. Burada mane olan cəhət böyük güclərin regionda apardığı əməliyyatlardır. Yəni ortada Əfqanıstanın, İraqın, Suriyanın taleyi var. O baxımdan İran öz bütövlüyünü qorumağa çalışır.

- Son hadisələrdə şahın varisi fəallaşıb, Misirə də səfər etmişdi. Şah rejimi İrana qayıda bilərmi?

- Əvvəla, İrandakı rejim ya geri çəkilib islahat aparmalıdır, ya da proseslər xalqın bütövlükdə ayağa qalxmasına səbəb olacaq. Şahın varisi isə kənar güclərin oyunudur. Şah özü nə idi ki, varisi nə olsun?! Şah İrandan qaçıb başqa dövlətə sığınan, xalqın sərvətini talayan, insanlara zülm edən biri idi. Onun varisi də bundan yaxşı olmayacaq. Odur ki, İran xalqı şahın varisinin qayıdışını qəbul etməz və dəstəkləməz.

- Maraqlıdır ki, Azərbaycan şəhərləri aktiv deyil və mitinqlərdə iştirak etmirlər. Bunun səbəbi nə ola bilər?

- Bir nüans odur ki İranı azərbaycanlılar öz dövləti sayır. Ancaq bir neçə dəfə azərbaycanlılar qabağa düşüblər, sonra ağır itkilər verilib. Bu acı tarix, xüsusən də 1945-1946-cı illərdə baş verənlər faciələr yaddaşdan silinməyib. Ona görə də Azərbaycan şəhərləri öz sözünü son anda deyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Yanvar 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri