Hitler ə hökm oxundu
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın Münster şəhərindəki məhkəmə Niderlanddan olan neonasist Stefan Veykampı nifaq salmaq fəaliyyətində təqsirli bilərək 8 ay müddətinə şərti azadlıqdan məhrum edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin "9TV" nəşri yazır.
Həbs cəzası ilə yanaşı , o, həm də Şimali Reyn-Vestfaliya federal əyalətinin büdcəsinə 1000 avro ödəməlidir.Niderlandda Veykampı "Landqraaflı Hitler", Almaniyada isə "Holland Hitler" adlandırırlar. O, uzun müddətdir ki, əsasən ifrat sağçıların nümayişlərində nasist diktatorunun xarakterik yanayrılmış saç düzümünü və bığlarını təqlid edən görünüşdə iştirak edir.
Veykamp özünü açıq şəkildə "niderlandlı nasist" adlandırır və Üçüncü Reyxin rəhbərinə rəğbət bəslədiyini gizlətmir.
Məhkəmə prosesinə 2025-ci ilin iyulunda Münsterdə keçirilən neonasist nümayişi zamanı səsləndirdiyi fikirlər səbəb olub. Veykamp YouTube kanalına müsahibəsində Adolf Hitleri tərifləyib, onu "dahi" və "görkəmli şəxsiyyət" adlandırıb. O, Almaniyanı məhz Hitlerə görə sevdiyini də bildirib. Bu fikirlər Almaniya ərazisində açıq şəkildə səsləndirildiyindən işə Almaniya məhkəməsində baxılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:88
Bu xəbər 28 Noyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















