Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq Yeni qərar
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan məhkəmələrində daimi mühafizəsi nəzərdə tutulan arxiv sənədləri yarandığı tarixdən etibarən 75 il ərzində məhkəmə arxivlərində saxlanıldıqdan sonra dövlətin daimi mühafizəsinə təhvil veriləcək.
Trend-in araşdırmasına görə, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərlə arxiv işinin təşkili qaydalarına əsasən, arxiv sənədlərinin qorunması üçün məhkəmələrdə xüsusi otaqlar və ya ayrıca binalar ayrılmalıdır.
Sənədlərin mühafizəsinin təmin edilməsi üçün məsul şəxslər təyin olunmalı, arxiv otaqları və binalar xüsusi avadanlıqlarla təchiz edilməlidir. Bu məqsədlə qəfəslər, rəflər, seyflər, qutular, qovluqlar və digər müvafiq vasitələrdən istifadə olunmalıdır.
Bundan başqa, arxiv sənədlərinin saxlanıldığı otaq və binalarda yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılmalıdır.
Sənədlərin uzun müddət qorunması üçün həmin yerlərdə optimal temperatur və rütubət şəraiti yaradılmalı, sanitar-gigiyena qaydalarına uyğun texniki vasitələrdən istifadə edilməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 28 Noyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















