Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində “Dizayn günləri” formatında praktiki sessiyalar keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 4 fevral, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (#WUF13Azerbaijan) gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində təşkil olunan “Dizayn Günləri” praktiki sessiyaları yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, yanvar ayı ərzində sessiyalarda ümumilikdə 60-dan çox memarlıq tələbəsi və şəhərsalma üzrə gənc mütəxəssis iştirak edib. Hər sessiyada iştirakçılar sahə araşdırmaları aparıb, mövcud şəhər məkanlarının sosial, ekoloji və funksional potensialını təhlil edib və konseptual yanaşmalar formalaşdırıb.
Tədbirlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Design Bureau” MMC-nin təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən #AUC2026 çərçivəsində keçirilib. Sessiyalar zamanı Bakının tarixi mərkəzində dam məkanlarının dayanıqlı şəhər inkişafı üçün yeni resurs kimi dəyərləndirilməsi istiqamətində sahə tədqiqatları aparılıb, mikroiqlim, təbii ventilyasiya və istilik komfortu kimi amillər nəzərə alınmaqla konseptual ideyalar hazırlanıb. Eyni zamanda, Bakı bulvarında sahilyanı məkanların sosial, ekoloji və funksional potensialı qiymətləndirilib, promenadın daha aktiv və funksional istirahət zonasına çevrilməsi üçün yanaşmalar işlənib.
Digər sessiya çərçivəsində mövcud parklar və az istifadə olunan açıq məkanlar əsasında vahid “yaşıl dəhliz” sistemi daxilində əlaqələndirmə imkanları təhlil olunub, ekoloji dayanıqlıq, sosial inklüzivlik, piyada və velosiped əlçatanlığı əsas meyarlar kimi götürülüb. Silsilə çərçivəsində gündəlik şəhər məkanlarının uşaqların gözü ilə yenidən düşünülməsi mövzusunda sessiya da keçirilib və şəhər mühitinin uşaqlar üçün daha təhlükəsiz, inklüziv və keyfiyyətli ictimai məkanlara çevrilməsi üzrə yanaşmalar müzakirə edilib.
Qeyd etmək lazımdır ki, #AUC2026 çərçivəsində “Dizayn günləri” kimi praktiki sessiyaların keçirilməsi gənc peşəkar icmanın şəhər məkanlarının təhlili və konseptual həllərin hazırlanması üzrə praktiki bacarıqlarının gücləndirilməsi məqsədilə gələcəkdə də davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Fevral 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















