Icma.az
close
up
RU
Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu Hüseynqulu Sarabski VİDEO

Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu Hüseynqulu Sarabski VİDEO

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabskinin (Rzayev) anadan olmasından 147 il ötür.

Oxu.Az xatırladır ki, XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan sənətkar, səhnəmizin əfsanəvi "Məcnun"u Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olub.

Azərbaycan səhnəsinin əfsanəvi "Məcnunu" - Hüseynqulu Sarabski - VİDEO

Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilib.

Hüseynqulu ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu, həvəskarların ifasında "Xan Sarabi" adı ilə səhnəyə qoyulmuş Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski də bu güclü təəssüratın nəticəsidir. Elə həmin gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşır.

Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlib. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedib. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən, dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurub, qazandığını kitaba, dəftərə verib.

Hüseynqulu ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçib, onlara bənzəmək istəyib. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirib. O, səhnəyə ilk baxışdan və birdəfəlik vurulub. Səhnə onun əbədi məhəbbətinə çevrilib. Bu məhəbbət qarşılıqlı olub.

Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.

İlk dəfə 1902-ci ildə N.Nərimanovun "Dilin bəlası" pyesində "Rəsul" obrazını canlandıran Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayıb. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edib. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində "ərəb səyyah"ın rolunu oynayarkən oxuduğu təsiredici "Hicaz" muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya gətirib. Məhz bu tamaşada Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edib. Bu, zirvəyə gedən yolun başlanğıcı olub. Üzeyir Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola dəvət edib.

1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası tamaşaya qoyulur. "Məcnun"u oynayan Sarabski birinci və ikinci pərdələri həyəcan və qorxu içində var qüvvəsi ilə yaxşı oynamağa çalışır. Zaldan "Afərin!" sədalarını eşidən aktyor üçüncü pərdədə özünü tamamilə unudub "Məcnun" olur. Tamaşa bitir, pərdə enir, Hüseynqulu isə yoldaşlarının onu qucaqlayıb öpmələrinə və tamaşaçı alqışlarına yalnız göz yaşları ilə cavab verə bilir.

"Məcnun" obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif regionlarda, hətta Tiflisdə "Leyli və Məcnun" oynanılır. Artıq dostlar, ziyalılar arasında onu zarafatla "Məcnun" çağırırdılar, etiraz etmirdi və hətta xoşuna gəlirdi. "Məcnun" onun üçün doğma idi, çünki o da sənətinin məcnunu idi.

Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri var.

Sənətini musiqi incisi olan "Leyli və Məcnun" zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşayıb.

Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrəti gətirib. Bu rol, bəlkə də, aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi olub. Aktyorun özünün yazdığı kimi, "vaxtilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu "Məcnun" deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar".

Səhnədə olduğu 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini yaşayıb, bu rolu tamaşaçıya sevdirib. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz "Məcnunu" kimi tanınıb.

Dünya opera sənətinin nadir bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, milli opera tarixində Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Şeyx Sənan", "Şah Abbas və Xurşidbanu", "Rüstəm və Söhrab", "O olmasın, bu olsun", "Ər və arvad", "Arşın mal alan" kimi opera və operettalarında, Müslüm Maqomayevin "Şah İsmayıl", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operalarındakı rolları ilə mədəniyyətimizə iz qoyub. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapıb. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edib. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirib, Kərəm obrazını yaradanda yandırıb-yaxıb.

O, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov ilə birlikdə çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri olub.

1918-ci ildə Bakıda vəziyyət ağırlaşanda aktyorların hərəsi bir tərəfə dağılır. H.Sarabski də İrana gedir, amma çox qala bilmir. Pulsuzluq, xəstəlik onu əldən salır və o, Bakıya qayıdır.

1920-ci ildən sonra Hüseynqulu Sarabski yenidən teatrda işləməyə başlayır. 1923-cü ildə onun yubileyi qeyd olunur. Görkəmli sənətkar Orta Asiya ölkələrinə, Rusiyaya təşkil olunan qastrollarda iştirak edir. 1932-ci ildə ona "Xalq artist" fəxri adı verilir.

Teatr xadimi, opera müğənnisi, aktyor, rejissor, pedaqoq olan Hüseynqulu Sarabski 1945-ci il fevralın 2-də dünyasını dəyişib.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Hüseynqulu Sarabskinin 140 illiyi qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Mart 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri