Azərbaycan şərabının tıxacından Armenian Wine yazısı çıxdı
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Azərbaycan istehsalı olan "Xankəndi Xindoqnı" markalı qırmızı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (Erməni şərabı) yazısı əks olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Sözügedən məsələ Azərbaycan şərabının hazırlanmasında erməni məhsullarının istifadəsi ilə bağlı şübhə yaradıb.
Məlumat üçün bildirək ki, xindoqnı Qarabağa məxsus qədim, yerli qırmızı texniki üzüm sortudur. Bu üzümdən əsasən qırmızı şərab istehsalında istifadə olunur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məsələ ilə əlaqədar BAKU.WS-ə açıqlama verən sözügedən zavodun rəhbərliyi bildirib ki, şüşələrin qablaşmasının arxasındakı etiket məlumatlarına əsasən, qırmızı quru şərab növü olan "Xankəndi - 2017" Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi şəhərində yerləşən keçmiş "GİRS" şərab zavodunda istehsal edilib.
2017-ci ilin məhsulu olan bu şərab xüsusi olaraq həmin ərazidə yetişdirilən Xındoqnı üzüm növünün emalından əldə olunub.
Etiketdə həmçinin istehsalın Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 19.08.2024 tarixli DİYYM 08/24/003 nömrəli müqavilə əsasında həyata keçirildiyi, məhsulun satış təmsilçisinin isə "Gold Alko" MMC (VÖEN: 1102623721) olduğu qeyd edilib.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















