Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azərbaycan şərqşünaslıq elminin qadın lideri

Azərbaycan şərqşünaslıq elminin qadın lideri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın tarixən qüdrətli şərqşünaslıq məktəbləri olub. SSRİ dövründə bu məktəblərdən biri də əsərləri Mirzə Kazım bəyin, Mustafa bəy Topçubaşovun, İosif Braginskinin irsinə bərabər tutulan, adı görkəmli akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevlə, professor Rüstəm Əliyevlə bir çəkilən filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevaya məxsus olub.

Elmin bəşəri dəyərlər xəzinəsini ciddi elmi əsərləri ilə zənginləşdirən Aida xanım 1939-cu il oktyabrın 10-da Bakıda, mətbuatımızın korifeylərindən sayılan professor Nəsir İmanquliyevin ailəsində dünyaya gəlib. Paytaxtımızın məşhur təhsil ocaqlarından birini –132 nömrəli məktəbi qızıl medalla bitirdikdən sonraAzərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olub. 1962-ci ildə universiteti də qızıl medalla bitirib. Sonra professorlar Rüstəm Əliyev və İosif Braginskinin rəhbərliyi ilə elmi fəaliyyətə başlayıb. Ərəb-məhcər ədəbiyyatının ilk qadın tədqiqatçısı kimi tanınıb.

Aida İmanquliyeva “Qələmlər cəmiyyəti və onun yaradıcılığında Mixail Nüaymənin rolu” mövzusundakı namizədlik dissertasiyası ilə dünya şərqşünaslığında yeni səhifə açdı. Suriyadan və Livandan Latın Amerikasına mühacirət edən ədiblərin – Mixail Nüaymənin və Cübran Xəlil Cübranın irsini dərindən araşdırması ilə mühacirət ədəbiyyatı tarixində də mühüm nailiyyətlər əldə etdi. İlklərə imza atan Aida İmanquliyeva ötən əsrin repressiya və mühacirət adlı burulğanını dünya ictimaiyyətinə cəsarətlə təqdim etdi. Mixail Nüaymə və Cübran Xəlil Cübranın poetik irsi ilə Hüseyn Cavid, Almas İldırım, Əhməd Cavad, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşovun irsinin müqayisəli səciyyəsini verən, onların irsində həm də Tolstoy, Dobrolyubov, Dostoyevski, Anna Axmatova kimi vaxtın-zamanın fövqünə qalxan ədiblərin yaradıcılığı ilə paralellər görən Aida xanım təkcə bir namizədlik dissertasiyası ilə dünyaya sübut etdi ki, əslində, insanlara bir-birini anlamağa və dinləməyə heç nə mane olmur. Bəşəriyyətin problemlərini ancaq sivilizasiyaların, mədəniyyətlərin dialoqu ilə çözmək, həll etmək mümkündür.

Sivilizasiyaları, dinləri, mədəniyyətləri dialoqa, harmoniyaya səsləyən Aida xanım “Cübran Xəlil Cübran” əsəri ilə fırça ilə qələmin vəhdətində tarix yaradan Cübran Xəlil irsinin ümumbəşəri dəyərlər xəzinəsində yerini müəyyənləşdirdi. Cübran Xəlilin əsərlərini bir rəssam və ədib kimi məşhur rəssamların irsi ilə müqayisə edən alim Ayvazovskinin “Tufana düşən gəmi”sindəki insan taleyini Cübran Xəlilin “Səhrada boğulan quş” əsəri ilə müqayisə edərkən şərqli, yaxud qərbli olmasından asılı olmayaraq, quruluşun-zamanın qurbanı olan insana təbiətin, cəmiyyətin yetirdiyi ağrı və problemlərdən söz açdı.

Mühacirət ədəbiyyatının tədqiqi sahəsində yeni səhifə

Şərqin mütəfəkkir alimlərindən biri Mirzə Kazım bəy çar Nikolayın hüzurunda çıxış edərkən tarixi bir cümlə işlətmişdi: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır”. Mirzə Kazım bəyin 2-ci tarixi cümləsi isə belə idi: “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman!”. Bu iki qüdrətli kəlamın sahibi türk, müsəlman və azərbaycanlı idi. Dərbənd şeyxülislamının oğlu Mirzə Kazım bəy tək və yeganə alimimiz idi ki, çar Rusiyasında əsərləri senzuradan kənar dərc olunurdu. Böyük qürurla qeyd edə bilərik ki, keçmiş SSRİ-ni çevrələyən ali zəkalılar arasında professor Aida İmanquliyeva yeganə alim, özü də türk, müsəlman və azərbaycanlı idi ki, əsərləri dünyada senzuradan kənar çap edilirdi. Bunun tək bir səbəbi vardı. O, bir mütəfəkkir alim kimi şərqşünaslıqda, eyni zamanda, mühacirət ədəbiyyatı tarixində yeni bir səhifə açmış, ərəb-məhcər ədəbiyyatının gələcəkdə tədqiqatı ilə məşğul olacaq alimlər üçün 3 istinad mənbəsi qoymuşdu: “Qələmlər cəmiyyəti və Mixail Nüaymə”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatı korifeyləri”. Bu səbəbdən də dünyada məşhur olan həmin əsərlərə istinad edən alimlərin hər biri tərəddüd etmədən Mirzə Kazım bəyin qeyd etdiyimiz kəlamlarını xatırlayır.

Aida xanım da Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi, Ziya Bünyadov, İosif Braginski, Vasim Məmmədəliyev, Rüstəm Əliyev, atası və qayınatası - professorlar Nəsir İmanquliyevlə Mir Cəlal Paşayev kimi öz məktəbini yaratdı. Şərqşünaslığın şərqli şahzadəsi, İpək yolunun mələk elçisi kimi Doğudan Batıya, Odlar yurdu Azərbaycandan dünyaya səs saldı. Milli-mənəvi dəyərlərin və bəşəri duyğuların himayədarına çevrildi.

Nüaymənin qızılgülü

Ötən əsrin 70-ci illərində Mixail Nüaymə bəraət alıb Beyruta dönür. Ölkə onun 90 illiyini rəsmi şəkildə təntənə ilə qeyd edir. SSRİ-dən o tədbirə dəvət alan alimlərin sırasında Nüaymə irsinin ilk tədqiqatçısı Aida İmanquliyeva olmur. Onun yazdığı “Qələmlər birliyi və onun yaradıcılığında Mixail Nüaymənin rolu” kitabını Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Cəmil Quliyev Nüayməyə təqdim edir. Kitabı görüb heyrətlənən, müəllifə təşəkkür etmək istəyən yazıçıya Aida xanımın SSRİ-dən gələn nümayəndə heyətinin tərkibində olmadığını bildirirlər. Akademik Cəmil Quliyevi mülkünün arxasında, öz əliylə saldığı bağa aparan Nüaymə bir al qızılgülü dərib “Beyrutun səsi” qəzetinə bükür və onu Bakıya, Aida xanıma göndərir. Bu bir alim kimi professor Aida İmanquliyevanın həyatda aldığı, qazandığı böyük mükafatlara bərabər idi.

Qəribliyin, həsrətin, mühacirətin sərt üzünü görmüş Mixail Nüaymə illərlə vətənə dönməyi, mülkündə Peyğəmbərə (s.a.s.) xatir qızılgüllərlə süslənən bir bağ salmağı arzulayan, 89 yaşında bəraət alıb vətənə dönən Nüaymənin Peyğəmbər çiçəyindən birini dərib Aida xanıma göndərməsinin özündə də bir məhrəm qəlb çırpıntısı vardı. Axı Aida xanım özü də mühacirlərin ailəsində doğulmuşdu, onların ocağına gəlin getmişdi. Üstəlik, ömrü boyu mühacirlərin irsini araşdırmışdı.

Aqanbekyanı, Balayanı, Starovoytovanı cavablandıran alim

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mübariz alim qadınlarından biri kimi mənsub olduğu millətin haqq hayqıran səsinə dönmüş Aida xanım 20 Yanvar dəhşətləri, Xocalı faciəsi zamanı Abel Aqanbekyanı, Zori Balayanı, Qalina Staravoytovanı “tərk–silah” edən, Moskvada, Poltavada keçirilən konfranslarda onlara “dərs” vermiş, tarixdəki çirkin yerlərini göstərmişdir. AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, BDU-nun professoru kimi təkcə ərəb filologiyası məsələləri ilə deyil, ümumtürk və ümumşərq problemləri ilə məşğul olan alim Aida İmanquliyeva o dövrdə təşkil olunan əksər konfrans və simpoziumlarda ciddi elmi məqalələrlə çıxış etməklə yanaşı, dünya alimlərinin də diqqətini xalqımıza qarşı törədilən haqsızlıqlara yönəltməyə nail olmuşdur.

Xatirəsi ürəklərdə yaşayır

Ömür yolu örnək olan, xalqının milli mənliyi və milli kimliyi uğrunda mücahidi kimi çıxış edən Aida xanım 1992-ci il sentyabrın 19-da dünyadan köçməsəydi, varlığı qədər sevdiyi, fəqət nigaran getdiyi müstəqil Azərbaycanın daha xoş günlərini görəcəkdi. O taylı-bu taylı Azərbaycanı taleyində birləşdirən bir ailədə doğulmuş, digərinə gəlin getmiş Aida İmanquliyeva sinəsində Təbrizin, Dərbəndin, Borçalının, İrəvanın ağrısını daşıyırdı. Alimin Qarabağ – Şuşa nisgilinin üstündə həm də doğmalarının, yaxınlarının həsrəti vardı. 1985-ci ilin Qorbaçov “perestroykasından” sonra ulu öndər Heydər Əliyevə, onun ailə üzvlərinə və yaxın ətrafına sərgilənən münasibət qohumluq bağı olan Paşayevləri və İmanquliyevləri də haqlamışdı. Bütün bunlara baxmayaraq, Aida xanım bir mütəfəkkir alim, müdrik insan, əyilməz şəxsiyyət kimi zamanın sınaqlarından ləyaqətlə çıxdı.

...Əfşarlara, Qacarlara, Sultanzadələrə, Mahmudbəyovlara bağlı bir soydan gəlmək, professor Nəsir İmanquliyevin, Gövhər xanım Sultanzadənin ruhunun və cisminin davamçısı olaraq ömür sürmək, “Yada satmaram” nidası ilə qələm çalan Mir Cəlal ocağının gəlini kimi səadətə qovuşmaq, akademik Arif Paşayevin könlünün sultanı olmaq, sivilizasiyaları, mədəniyyətləri, dinləri dialoqa səsləyən, elmə-irfana çağıran, xoşməramlı səfir kimi tanınan Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın və L.M.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın anası, Leyla və Arzu Əliyevaların, Ülviyyə və Aida Mahmudovaların nənəsi kimi ehtiramla anılmaq da onun ruhunu şad edir. Bugünkü Azərbaycanın uğurlarının memarları Aida xanımın yaxınları, doğmalarıdır.

Şərəf CƏLİLLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri