“Çelsi” Aleks Skott uğrunda mübarizədə önə çıxıb
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin “Çelsi” futbol komandası “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək istəyir.
İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, London təmsilçisi futbolçu uğrunda mübarizədə “Liverpul” və “Arsenal”ı qabaqlayır.
“Çelsi” yay transfer pəncərəsində də 23 yaşlı ingiltərəli üçün bir neçə təklif göndərib. “Bornmut” hətta 60 milyon funt sterlinqdən (təxminən 70,8 milyon avro) çox olan variantı da qəbul etməyib. Buna baxmayaraq, Xabi Alonsonun komandası futbolçuya marağını davam etdirir.
Enso Fernandesin “Mançester Siti”yə keçidindən sonra “Çelsi” yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Klub həm qış, həm də növbəti yay transfer pəncərəsində bu istiqamətdə fəaliyyət göstərmək niyyətindədir. “Bornmut” isə Skottu yanvarda satmaq istəmir və onu mövsümün sonuna qədər heyətdə saxlamağı planlaşdırır.
Aleks Skottun “Bornmut”la müqaviləsi cari mövsümdən sonra daha bir il qüvvədə olacaq. Klub onunla yeni müqavilə barədə danışıqlar aparsa da, hələlik razılıq əldə olunmayıb.
Yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada beş oyunda iştirak edib və bir qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Oktyabr 2026 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















