Bu qış Ukrayna üçün ağır keçəcək Miller
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşanın keçmiş baş naziri Leşek Miller qarşıdan gələn qışın Ukrayna üçün ağır keçəcəyini bildirib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə “Polsat Nyus” telekanalına açıqlamasında danışıb.
Millerin sözlərinə görə, Ukraynanın enerji infrastrukturuna dəyən zərər ölkədə elektrik enerjisi və istilik təchizatı ilə bağlı ciddi problemlər yarada bilər.
“Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid etdiyini deyəndə nəyi nəzərdə tutur? Bəlkə də qış gələcək və onların nə elektrik enerjisi, nə də istiliyi olacaq”, – keçmiş baş nazir təəccüblənib.
Miller qeyd edib ki, Ukrayna ordusunun Rusiyanın enerji infrastrukturuna hücumları Moskvanın cavab tədbirlərinə səbəb olub.
Onun fikrincə, bu qarşılıqlı zərbələr Ukraynanın enerji sisteminə ciddi təsir göstərə və qarşıdan gələn qışda ölkə üçün ağır nəticələrə gətirib çıxara bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Oktyabr 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















