Icma.az
close
up
RU
Azərbaycan Şimali Makedoniya: hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlıq

Azərbaycan Şimali Makedoniya: hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlıq

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Son vaxtlar bir çox ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri respublikamızın beynəlxalq miqyasda etibarlı tərəfdaş və söz sahibi kimi nüfuzunun getdikcə artmasının daha bir əyani təsdiqidir. Bu əlbəttə ki, cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycan hazırda beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayri-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də, beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin ölkələr sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə, beynəlxalq münasibətlər sistemində müəyyən nüfuz sahibi olan Şimali Makedoniya da yer alır.

Azərbaycanla Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri durmadan inkişaf edir. Ölkələrimiz arasında siyasi dialoq güclənir, dövlət başçılarının görüşləri bu əlaqələrin dərinləşməsinə təkan verir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfəri zamanı liderlərin verdiyi bəyanatlar əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə, enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Azərbaycan qazı artıq Şimali Makedoniyaya çatdırılıb və bu proses davamlı olacaq. Və beləliklə, bu əməkdaşlıq həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Ölkə Prezidenti cənab İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, siyasi dialoq artıq dinamik xarakter almasına baxmayaraq, daha böyük irəliləyişlər üçün hələ də, bir sıra çətinliklər mövcuddur.

Enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırıldığını və bu təchizatın gələcəkdə artırılmasının mümkün olduğunu qeyd etmişdir. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, bunların 10-u Avropa ölkələridir. 2023-cü ildə Azərbaycan xarici bazarlara 25 milyard kubmetr qaz tədarük etmişdir və bu rəqəmin gələcəkdə artırılması nəzərdə tutulur. Azərbaycanın enerji siyasətinin strateji əhəmiyyətini vurğulayan dövlət başçısı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirmişdir. Bu kontekstdə, üç il öncə Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi xüsusi qeyd edilib.

Bu göstəricilər Azərbaycan və Şimali Makedoniya arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinin potensialını ortaya qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi iki ölkənin maraqlarına tam cavab verir və qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri