Icma.az
close
up
RU
Şimali Makedoniya ilə çoxtərəfli əməkdaşlıq qurulur

Şimali Makedoniya ilə çoxtərəfli əməkdaşlıq qurulur

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cari ilin 11 mart tarixində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovan ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçıları görüşərək mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova arasında keçirilən görüş iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək. Görüş zamanı siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bu əməkdaşlığın perspektivlərini və gələcək planlarını aydın şəkildə göstərir. Azərbaycan və Şimali Makedoniya arasındakı ikitərəfli münasibətlərin inkişafı dinamik xarakter alır. Dövlət başçımızın qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi dialoq getdikcə güclənir və bu, yüksək səviyyəli görüşlərin intensivləşməsində özünü göstərir.

Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyanovska-Davkova 2024- cü ildə ölkəmizdə keçirilən COP29 konfransında da fəəal iştirak etmişdir. Dövlət başçılarının qısa müddət ərzində ikinci görüşü, ölkələrimiz arasında diplomatik əlaqələrin daha da möhkəmləndiyinin sübutudur. Prezident İlham Əliyev vurğulayıb ki, siyasi əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir və dövlət qurumları arasında sıx təmaslar davam etdirilməlidir. Siyasi əməkdaşlığın möhkəmlənməsi yalnız iki dövlət arasındakı münasibətləri deyil, həm də regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi və ticarət sahəsində ciddi nəticələr əldə edilməsə də, bu sahədə böyük potensial mövcuddur.

Hazırda Azərbaycan müxtəlif Avropa ölkələri ilə iqtisadi və ticarət əlaqələrini gücləndirir. Şimali Makedoniya ilə bu sahədə yeni layihələrin reallaşdırılması və investisiya imkanlarının araşdırılması vacibdir. Azərbaycan sərmayə qoyuluşu üçün əlverişli şərtlər təqdim edə bilər və Şimali Makedoniya da öz iqtisadiyyatına xarici investisiyaları cəlb etməkdə maraqlıdır.

Ticarət dövriyyəsinin artırılması, biznes əlaqələrinin genişləndirilməsi və birgə iqtisadi layihələrin həyata keçirilməsi ölkələrimizin iqtisadi əməkdaşlığını daha da dərinləşdirəcək. İkitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır. Ölkə başçımız bildirib ki, son ayların ən önəmli hadisələrindən biri Azərbaycanın Şimali Makedoniyaya qaz ixrac etməyə başlamasıdır. Azərbaycan artıq Avropanın 10 ölkəsinə təbii qaz tədarük edir və bu ölkələr arasında Şimali Makedoniya da yer alır. 2023-cü ilin sonunda ilk dəfə olaraq Azərbaycan qazı Şimali Makedoniyanın bazarına çatdırılıb və 2024-cü ildə bu təchizat müntəzəm xarakter alıb.

Azərbaycan və Şimali Makedoniya arasında humanitar və mədəni əməkdaşlıq da əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev qeyd edib ki, Şimali Makedoniya Prezidenti Azərbaycanın mədəni həyatı ilə yaxından tanış olub və bu istiqamətdə əlaqələrin genişlənməsi üçün böyük potensial mövcuddur. İki ölkənin humanitar sahədə əməkdaşlığı mədəniyyətlərarası dialoqu gücləndirmək baxımından vacibdir. Şimali Makedoniya Prezidentinin XII Qlobal Bakı Forumunda iştirak etməsi və Azərbaycan tələbələri ilə görüş keçirməsi bu əməkdaşlığın daha da inkişafına təkan verəcək.

Bundan əlavə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi beynəlxalq tədbirlər Azərbaycanın dünyada tanınmış humanitar platformalarından olduğunu bir daha göstərir. Şimali Makedoniya Prezidentinin bu tədbirlərdə iştirakı iki ölkənin intellektual və akademik əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərəcək.

Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əlaqələrin güclənməsi hər iki ölkə üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin bəyanatında vurğulanan məsələlər göstərir ki, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər dostluq və qarşılıqlı maraqlara əsaslanır. Son illərdə siyasi, iqtisadi və enerji sahələrində mühüm irəliləyişlər əldə olunmuşdur.

Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycan mədəniyyətinə rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri