Azərbaycan şirkətlərinin Türkiyə bazarına çıxışı mövzusunda seminar keçirilib FOTOLAR
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Bakıda keçirilən seminarda ölkəmizin özəl sekor nümayəndələri Türkiyə bazarına ixrac prosedurları barədə məlumatlandırılıblar.
Bakıda ölkəmizin özəl şirkətlərinin nümayəndələri üçün “Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər” mövzusunda seminar keçirilib.
Tədbirin açılışında Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülizar Yavaş Azərbaycan-Türkiyə ticarət əməkdaşlığı, Türkiyə bazarında Azərbaycan şirkətlərinin iştirakı prosedurları barədə məlumat veriblər.
Seminar çərçivəsində iştirakçılar türkiyəli mütəxəssislər tərəfindən qardaş ölkənin gömrük sistemi, idxal-ixrac əməliyyatları, məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO və s.), daşınma mexanizmləri, rəqəmsal satış imkanları, eləcə də hüquqi çərçivə barədə ətraflı məlumatlandırılıblar.
Tədbir çərçivəsində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkiyəli potensial alıcılar və şirkət nümayəndələri ilə Azərbaycan istehsalçıları arasında B2B formatında görüş olub. Görüşlər zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bakıda ölkəmizin özəl şirkətlərinin nümayəndələri üçün “Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər” mövzusunda seminar keçirilib.
Tədbirin açılışında Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülizar Yavaş Azərbaycan-Türkiyə ticarət əməkdaşlığı, Türkiyə bazarında Azərbaycan şirkətlərinin iştirakı prosedurları barədə məlumat veriblər.
Seminar çərçivəsində iştirakçılar türkiyəli mütəxəssislər tərəfindən qardaş ölkənin gömrük sistemi, idxal-ixrac əməliyyatları, məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO və s.), daşınma mexanizmləri, rəqəmsal satış imkanları, eləcə də hüquqi çərçivə barədə ətraflı məlumatlandırılıblar.
Tədbir çərçivəsində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkiyəli potensial alıcılar və şirkət nümayəndələri ilə Azərbaycan istehsalçıları arasında B2B formatında görüş olub. Görüşlər zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib.




Bu mövzuda digər xəbərlər:Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub
02 May 2025 13:10
Türkiyə şirkətlərinin birbaşa investisiyaları Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir
13 Yanvar 2025 15:35
Naxçıvanda Azərbaycan Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib FOTOLAR
28 Fevral 2025 11:54
Qarabağ atlarının Zəfər çıxışı... Fotolar
24 May 2025 18:21
Vəkilləri müdafiə çıxışı etdi Fotolar
27 Noyabr 2025 20:05
Baxış sayı:86
Bu xəbər 26 Dekabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















