Icma.az
close
up
RU
Azərbaycan Somali əlaqələri: Siyasi və iqtisadi aspektlər

Azərbaycan Somali əlaqələri: Siyasi və iqtisadi aspektlər

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Afrika ölkələri ilə siyasi-iqtisadi əməkdaşlıq Azərbaycan üçün aktual xarakter daşıyır. Belə ki, fevralın 12-də Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan və Somali arasında bir sıra sənədlərin imzalanması bu əlaqələrin daha da genişlənəcəyindən xəbər verir. Prezident İlham Əliyev bu sənədlərin ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcəyini qeyd etmişdir: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq”.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Afrika qitəsini prioritet region olaraq elan edib. Dövlətimiz, xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması və post-pandemiya dövründə bərpa məsələlərinə xüsusi diqqət ayırıb. Somali Prezidentinin səfəri çərçivəsində Azərbaycanın sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında əldə etdiyi təcrübəni bölüşən dövlətimizin başçısı ən vacib məsələlərdən biri kimi təhsil sahəsini önə çəkib.
Azərbaycan Afrika ölkələrinin inkişafı üçün maliyyə yardımları edir, oradakı qızların təhsil almasına kömək göstərir. Hələ SSRİ dövründə Afrika qitəsindən olan çoxlu sayda tələbə ölkəmizin ali məktəblərində təhsil alıb. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurlar Afrika ölkələrinin də marağına səbəb olub.
Afrikanın inkişaf etməkdə olan ölkələrində iqlim böhranının aradan qaldırılmasında Azərbaycanın fəaliyyəti bu qitənin dövlətləri üçün böyük önəm kəsb edir. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) digər ölkələrlə yanaşı, Afrika dövlətlərinin də iqlim dəyişmələri nəticəsində üzləşdikləri fəsadlar xüsusi diqqət mərkəzində olub. Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır. Fransanın ənənəvi olaraq müstəmləkə siyasəti yürütdüyü Afrika regionunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
Beləliklə, bu səfər Somali və Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşlər zamanı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması kimi məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasında ticarət, nəqliyyat və enerji sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanları nəzərdən keçirib. Bu səfər, həmçinin Afrika ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri