Icma.az
close
up
RU
Azərbaycan son 5 ildə 4 milyard dollardan çox olan aqrar məhsul ixrac edib

Azərbaycan son 5 ildə 4 milyard dollardan çox olan aqrar məhsul ixrac edib

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın kənd təsərrüfatı sektoru son illər ərzində sürətlə inkişaf edir və ixrac potensialını artırır. Dövlət dəstəyi sayəsində yerli məhsullar dünya bazarlarında daha çox tanınır.

Bakıvaxtı.az son 5 ildə kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasını araşdırıb.

İqtisadiyyatın ənənəvi sahələri sırasında strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı sektoru son illərdə dövlətin ardıcıl siyasəti, institusional islahatları və hədəfli dəstək mexanizmləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahədə müasir texnologiyaların tətbiqi, “ağıllı” kənd təsərrüfatı konsepsiyasına əsaslanan yanaşmalar və innovativ istehsal modelləri məhsuldarlığın və ixrac potensialının artmasına səbəb olub. Görülən kompleks tədbirlər sayəsində kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri kimi ön plana çıxaraq qeyri-neft ixracının strukturunun əsasını təşkil edir.

İstehsal və ixrac

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumilikdə 13 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu göstərici 2023-cü illə müqayisədə 1,5% artıb. İxraca gəldikdə, hesabat ilində 936 milyon ABŞ dolları dəyərində ilkin kənd təsərrüfatı məhsulu xarici bazarlara tədarük olunub ki, bu da əvvəlki illə müqayisədə 6,7% çoxdur. İxrac strukturunda ən böyük payı (75,6%) meyvə-tərəvəz məhsulları təşkil edib. Azərbaycan bəzi məhsullar üzrə beynəlxalq bazarlarda liderliyini qoruyub. Belə ki, xurma ixracında ölkəmiz 2024-cü ildə dünyada yalnız İspaniyadan geri qalaraq ikinci yerdə qərarlaşıb. Meşə fındığının ixracına görə isə Azərbaycan ilk beşlikdə yer alıb. Qeyd edək ki, son 5 ildə (2020-2024-cü illər) ilkin kənd təsərrüfatı məhsullarının ixracı 4,3 milyard ABŞ dollarına bərabər olub.

Ötən il Azərbaycanın ilkin kənd təsərrüfatı məhsulları əsasən Rusiya, Türkiyə, Almaniya, Türkmənistan və İtaliyaya ixrac olunub.

İxraca göstərilən dövlət dəstəyi

Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətinin əsas məqsədlərindən biri yeni texnologiyaların tətbiqi və rəqabətqabiliyyətli məhsulların keyfiyyətinin artırılmasıdır. Eyni zamanda, istehsalın və ixracın genişləndirilməsi, müasir aqrar müəssisələrin yaradılması da prioritetlər sırasındadır. Hazırda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, kənd təsərrüfatının dayanıqlı və rəqabətli inkişafı üçün istehsal və biznes sahəsində fiziki və rəqəmsal təhsil imkanları genişləndirilir. Aqrobiznesin inkişafı məqsədilə sahibkarlığın dəyər zənciri üzrə gücləndirilməsi və effektiv institutların yaradılması istiqamətində də işlər aparılır.

Bu xüsusda sahibkarlarla sıx işləyən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması üçün lazım olan keyfiyyət standartları, sertifikatlaşma və korporativləşmə sahəsində sahibkarlara dəstək göstərir.

Bununla yanaşı, Azərbaycanın kənd təsərrüfatı məhsulları, xüsusilə emal olunmuş və əlavə dəyər yaradan rəqabətqabiliyyətli rəf məhsulları “Made in Azerbaijan” brendi altında müxtəlif beynəlxalq sərgilərdə və yarmarkalarda nümayiş etdirilir. 2024-cü ildə yerli ixracatçılar 47-ci Beynəlxalq Bağdad Sərgisi, Almaniyada “Greenweek” və “Prowein”, Rusiyada “Prodexpo” və “Russia Halal Expo 2024”, Birləşmiş Ərəb Əmirliklərində “Gulfood”, Yaponiyada FOODEX, eləcə də İtaliyanın Rimini şəhərində “Macfrut”, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində “Saudi Food Show 2024” və Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisi kimi ümumilikdə 10 beynəlxalq sərgidə iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri