Icma.az
close
up
RU
Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 may, AZƏRTAC

Azərbaycanın “InnMedia” “AI/MediaTech” startapı Mərkəzi Asiyanın ən böyük beynəlxalq texnoparkı olan “Astana Hub” tərəfindən “Google for Startups” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Silkway Accelerator 2026” proqramının yeddinci mərhələsində iştirak üçün seçilib.

“InnMedia”nın təsisçisi Teymur Kutseba AZƏRTAC-a bildirib ki, şirkət proqramın yeni mərhələsinə seçilən yeganə Azərbaycan startapıdır və regionun texnologiya şirkətləri arasında ölkəmizi təmsil edəcək.

Onun sözlərinə görə, akselerator proqramında iştirak şirkətin beynəlxalq inkişaf strategiyasının həyata keçirilməsi baxımından mühüm mərhələ olacaq.

“Bu proqram bizim üçün intensiv inkişaf mərhələsindən keçmək, beynəlxalq ekspertlər şəbəkəsinə qoşulmaq, yeni inkişaf imkanlarını sınaqdan keçirmək, həmçinin regional və qlobal bazarlara çıxış üçün hazırlığı daha da gücləndirmək imkanı yaradacaq”, - deyə T.Kutseba qeyd edib.

O bildirib ki, inkubasiya proqramları əsasən layihələrin ilkin inkişaf mərhələsinə yönəldiyi halda, akselerasiya proqramları şirkətlərin daha sürətli inkişafına, satış imkanlarının genişləndirilməsinə, investisiyaların cəlb edilməsinə və beynəlxalq bazarlarda fəaliyyət göstərməyə hazır olmağa xidmət edir.

“Silkway Accelerator” proqramı 2022-ci ildə “Astana Hub” və “Google for Startups”ın birgə təşəbbüsü ilə istifadəyə verilib. Ötən altı mərhələ ərzində proqram regionun 8-dən artıq ölkəsindən 73 startapı bir araya gətirib. Təşkilatçıların məlumatına görə, proqramın iştirakçıları ümumilikdə 48 milyon dollardan çox investisiya cəlb ediblər, onların ümumi bazar dəyəri isə 500 milyon dolları keçib.

Bu proqramda daha əvvəl Azərbaycandan “Tripsome”, “Metatesk”, “Voiceloft” və “Tryverse” startapları iştirak ediblər.

“InnMedia” media və kommunikasiya proseslərinin avtomatlaşdırılması üçün süni intellekt əsaslı platforma hazırlayır. Bu həll media qurumlarına, redaksiyalara və rəqəmsal nəşriyyatlara kontentin toplanmasını, təhlilini, hazırlanmasını və mətn, audio, vizual və video formatında yayımlanmasını avtomatlaşdırmağa imkan verir.

Teymur Kutseba bildirib ki, “Silkway Accelerator” proqramında iştirak şirkətə beynəlxalq tərəfdaşlar şəbəkəsini genişləndirmək və öz texnoloji həllərinin inkişafını sürətləndirmək üçün əlavə imkan yaradacaq.

“InnMedia” (“Innovation Media Services” MMC) “AdTech”, “MediaTech” və süni intellekt istiqamətlərində fəaliyyət göstərir. Şirkət kontentin hazırlanması, lokallaşdırılması və yayımının avtomatlaşdırılması üçün tam funksional AI platforması üzərində çalışır. “InnMedia” daha əvvəl “Microsoft Azure Credits” proqramı çərçivəsində 150 min ABŞ dolları məbləğində rəsmi qrant əldə edib, həmçinin “SABAH.HUB”, “IE Business School” və “Y Combinator”un yay məktəbi proqramlarında iştirak edib.

Müxbir - Pərvanə Qafarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri