“Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil”
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Bunun üçün Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm”.
Futbolpress.az xəbər verir ki, bunu Bakıda seminar keçən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) təmsilçisi Yevgeni Timçenko ASTF-nin mətbuat xidmətinə açıqlamasında deyib.
Qazaxıstanlı mütəxəssis yaradılan şərait, məşqçi və idmançıların hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bölüşüb:
“Təlimlərin uğurlu alınması üçün bütün lazımı şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailliyyətlər qazanacağına inanıram”.
Qeyd edək ki, oktyabrın 1-də başlanan seminar işini sabah yekunlaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Oktyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















