Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Azərbaycan idmançılarının qazandığı uğurlar: Prezidentin ardıcıl və sistemli siyasətinin nəticəsi

Azərbaycan idmançılarının qazandığı uğurlar: Prezidentin ardıcıl və sistemli siyasətinin nəticəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim Azərbaycanda idman sahəsində həyata keçirilən dövlət siyasətinin əldə etdiyi nəticələrin ümumi mənzərəsini aydın şəkildə ortaya qoydu. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin tədbirdə iştirakı və səsləndirdiyi strateji məzmunlu fikirlər bir daha təsdiqlədi ki, ölkədə idman sahəsi dövlətin xüsusi diqqətində saxlanılan prioritet istiqamətlərdən biridir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlar, xüsusilə medal göstəricilərində müşahidə olunan davamlı artım məqsədyönlü və sistemli dövlət siyasətinin bariz nəticəsidir: 

“Bu uğurlar ayrı-ayrı təsadüfi nailiyyətlər toplusu deyil, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi ardıcıl, prinsipial və uzunmüddətli diqqətin məntiqi davamıdır. Məhz dövlət başçısının siyasi iradəsi sayəsində Azərbaycanda idmanın inkişafı üçün güclü institusional baza formalaşdırılıb, federasiyaların fəaliyyəti təkmilləşdirilib, maddi-texniki təminat əhəmiyyətli dərəcədə gücləndirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində idmançılar üçün müasir məşq şəraiti yaradılıb, peşəkar məşqçi heyətinin hazırlanması və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi təmin edilib. Eyni zamanda, gənc istedadların aşkar olunması və onların mərhələli şəkildə yüksək səviyyəli idmançı kimi yetişdirilməsi dövlət səviyyəsində prioritet istiqamətə çevrilib. Bu sistemli yanaşma Azərbaycan idmançılarının Olimpiya Oyunları, dünya və Avropa çempionatları kimi nüfuzlu yarışlarda stabil və ardıcıl nəticələr göstərməsinə imkan yaradıb.Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev hər bir böyük idman uğurunu şəxsən dəyərləndirir, qalib idmançılarla görüşür və onları yüksək dövlət mükafatları ilə təltif edir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib”.

Deputat bildirib ki, idman infrastrukturunun ölkə üzrə balanslı və davamlı şəkildə inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin prioritet istiqamətlərindən biridir:

“Dövlət başçısı idmanın yalnız paytaxtda deyil, bütün regionlarda əlçatan olmasını strateji vəzifə kimi müəyyən edib. Məhz bu yanaşma nəticəsində son illər ərzində ölkənin müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya İdman Kompleksləri inşa olunaraq istifadəyə verilib. Bu obyektlər idmançı hazırlığının gücləndirilməsi ilə yanaşı, kütləviliyin artırılmasına, uşaqların və gənclərin sağlam həyat tərzinə cəlb edilməsinə geniş imkanlar açıb.

Regionlarda yaradılan bu müasir idman infrastrukturu Prezident İlham Əliyevin sosial siyasətinin tərkib hissəsi kimi gənclərin asudə vaxtının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması və cəmiyyətin sağlam inkişafının təmin olunmasına xidmət edir. Gəncə və Yevlax şəhərlərində yeni idman obyektlərinin fəaliyyətə başlaması isə dövlət başçısının regionların inkişafına kompleks yanaşmasının və yerli əhalinin rifahının yüksəldilməsinə verdiyi xüsusi önəmin konkret ifadəsidir. Bu layihələr həm də regionlardan gələcək peşəkar idmançıların yetişdirilməsi üçün möhkəm əsas yaradır və Azərbaycanın idman potensialının daha da genişlənməsinə zəmin formalaşdırır”.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa siyasi iradəsi nəticəsində Azərbaycan qlobal miqyaslı idman tədbirlərinin etibarlı və nüfuzlu ev sahibinə çevrilib:

“Formula 1 yarışlarının Bakıda ardıcıl və yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi, ölkəmizdə ilk dəfə UFC turnirinin təşkil olunması, MDB ölkələrinin III Oyunlarının bir neçə şəhəri, o cümlədən Xankəndini əhatə etməsi dövlət başçısının strateji uzaqgörənliyinin və mükəmməl idarəetmə bacarığının real təzahürüdür. Bu tədbirlər təkcə idman hadisəsi deyil, eyni zamanda Azərbaycanın siyasi sabitliyinin, təhlükəsizliyinin və beynəlxalq etimadının göstəricisidir.

Xüsusilə Xankəndidə yarışların keçirilməsi müstəsna siyasi və mənəvi məna daşıyırdı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə təmin olunmuş tarixi Zəfərin, suverenliyin tam bərpasının və milli birliyin idman dili ilə dünyaya təqdimatıdır. Xankəndidə dalğalanan üçrəngli Azərbaycan Bayrağı qalib ölkənin Bayrağı kimi yalnız stadionlarda deyil, beynəlxalq ictimai rəy müstəvisində də öz qürurlu mövqeyini nümayiş etdirir.Beləliklə, Prezident İlham Əliyevin idman diplomatiyası nəticəsində beynəlxalq yarışlar Azərbaycanın milli gücünün, qalib dövlət statusunun və yüksələn Bayrağının rəmzinə çevrilib. İdman arenalarında ucaldılan Azərbaycan Bayrağı bu gün təkcə idman qələbələrinin deyil, dövlətçilik iradəsinin, tarixi ədalətin və milli qürurun simvolu kimi qəbul olunur”.

Parlamentari sonda vurğulayıb ki, 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha qəti şəkildə nümayiş etdirdi ki, Azərbaycan idmanının bu gün əldə etdiyi uğurların təməlində Prezident İlham Əliyevin güclü siyasi iradəsi, prinsipial mövqeyi və daim şəxsi nəzarətdə saxladığı ardıcıl dövlət siyasəti dayanır:

“Dövlət başçısının idmana strateji baxışı bu sahəni təsadüfi nəticələrdən uzaqlaşdıraraq uzunmüddətli və davamlı inkişaf xəttinə çıxarıb. Məhz Prezident İlham Əliyevin liderliyi nəticəsində Azərbaycan idmanı müasir çağırışlara cavab verən, beynəlxalq rəqabətə davamlı və qalibiyyət ruhuna malik sistem kimi formalaşıb.

Bu liderlik Azərbaycan idmanının yalnız bu gününü deyil, sabahını da təmin edir. İdmanın infrastruktur, kadr hazırlığı, gənclər siyasəti və beynəlxalq əməkdaşlıq istiqamətlərində ardıcıl şəkildə inkişaf etdirilməsi qarşıdakı illərdə daha böyük qələbələrin əldə olunacağını deməyə əsas verir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Azərbaycan idmanı gələcəyə inamla irəliləyəcək, beynəlxalq arenalarda ölkəmizin üçrəngli şanlı Bayrağını daha uca zirvələrdə dalğalandıracaq və qalib dövlət statusunu yeni nailiyyətlərlə möhkəmləndirəcək”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri