Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycanda əverişli investisiya mühiti yaradılıb. Sabitlik, uğurlu islahatlar, mükəmməl qanunvericilik bazası və bu kimi digər mühüm amillər Azərbaycanın investisiya cəlbediciliyini artıran faktorlar qismində çıxış edir. Ölkədə fəaliyyət göstərən sənaye zonalarında yüksək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli və dayanıqlı mühit formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə rezidentlər dövlət tərəfindən zəruri mühəndis-kommunikasiya infrastrukturu ilə (elektrik enerjisi, qaz, su, yol, rabitə və digər xidmətlər) tam təmin olunmuş ərazilərdə fəaliyyət göstərmək imkanı əldə edirlər. Sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilirlər. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular 10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır. Bu və digər amillər ölkəyə davamlı investisiya axınını təmin edir. Bu, statistik göstəricilərdə öz əksini tapıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 faiz artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.

Ölkəyə investisiya axınının artması ilə yanaşı, investisiya layihələrinin daha səmərəli seçilməsi, prioritetləşdirilməsi və icrasının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu zərurət Azərbaycanın investisiya siyasətində yeni institusional mexanizmin formalaşdırılmasını şərtləndirib. Nazirlər Kabinetinin 2026-ci il 1 iyun tarixli Sərəncamı ilə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Strateji investisiya layihələrin ilkin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir, daha sonra potensial investisiya layihələrinin siyahısı baxılma üçün Komissiyaya təqdim edilir. Komissiya strateji investisiya layihələrinin “sürətli keçid” mexanizmi çərçivəsində obyektiv analitik meyarlar əsasında seçilməsini və qiymətləndirilməsini həyata keçirəcək. Bu, iri investisiya layihələrinin həyata keçirilməsi müddətinin təxminən 30–40 faiz azaldılmasına imkan verəcək.

Yeni mexanizmin mahiyyəti strateji əhəmiyyət daşıyan investisiya layihələrinin daha koordinasiyalı və vahid yanaşma əsasında həyata keçirilməsidir. Çünki iri investisiya layihələrinin reallaşdırılması bir sıra məsələləri özündə birləşdirir. Layihələrin icrası torpaq, infrastruktur, enerji təminatı, tikinti, ekologiya, gömrük, vergi, nəqliyyat və digər istiqamətlər üzrə əlaqəli qərarların operativ və əlaqələndirilmiş şəkildə qəbulunu tələb edir. Məhz buna görə Komissiyanın tərkibinə iqtisadiyyat, maliyyə, energetika, ekologiya, ədliyyə, əmək, fövqəladə hallar, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat, gömrük, şəhərsalma və digər istiqamətlər üzrə dövlət qurumlarının daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə geniş institusional təmsilçilik strateji layihələrə müxtəlif aspektlərdən yanaşmağa və çoxsaylı məsələlərin bir neçə qurum arasında daha sürətli koordinasiya olunmasına imkan verəcək.

Beləliklə, strateji investisiya layihələri üzrə tətbiq ediləcək sürətli keçid mexanizmi layihələrin icrasının operativliyinin artırılmasına xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri