Azərbaycan və İtaliya arasında investisiyaların həcmi açıqlanıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Qarşılıqlı iqtisadi əlaqələr, o cümlədən Azərbaycan Dövlət Neft Fondu və SOCAR-ın İtaliyada yatırımları iki ölkə arasında əlaqələrin gələcəyə hesablanmış strateji əsasda formalaşdığını göstərir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan–İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında energetika naziri Pərviz Şahbazov deyib.
O, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bildirib.
P.Şahbazov bildirib ki, hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 25%-i, ixracının isə 47%-i bu ölkənin payına düşür. İndiyədək Azərbaycandan İtaliyaya 342 milyon ABŞ dolları, İtaliyadan Azərbaycana isə 805 milyon ABŞ dolları həcmində investisiya yönəldilib.
Nazir vurğulayıb ki, enerji sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, İtaliya Azərbaycanın Avropada neft ixracının 45%-ni, qaz ixracının isə 38%-ni qəbul edir və Trans-Adriatik Boru Kəməri vasitəsilə həyata keçirilən qaz tədarükü İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















