“Azərbaycan süni intellektlə bağlı qanunvericiliyi gücləndirir“ MEDİA EKSPERTİ
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan bir sıra digər ölkələr kimi, son illər informasiya təhlükəsizliyi ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edibdir”.
Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.
O bildirib ki, bu qanunvericilik əvvəl qəbul olunmuş qanunlara əlavə və dəyişikliklərin edilməsi, eləcə də yeni qanunların qəbulu istiqamətində davam edib. Ən son olaraq, Azərbaycanda bu məsələlərin inkişaf etdirilməsi və qanunvericiliyin uyğunlaşdırılması üçün də proses gedir.
İnformasiya təhlükəsizliyi çox mühüm dövlət əhəmiyyəti kəsb edir. Burada söhbət həm də kibertəhlükəsizlikdən gedir. Dövlətin özünün marağında olan bir sıra sahələr var ki, onlar həm mediada, həm də digər sahələrdə təhlükəsizlik məsələləri ilə bağlıdır.
Azərbaycan bu sahəyə diqqət yetirir, müəyyən addımlar atıb və müəyyən edir ki, ən son daha çox süni intellektlə bağlı qanunvericilik həllini tapmalıdır. Süni intellekt artıq elə bir həddə çatıb ki, bu, çox böyük təhlükə yarada bilər. Süni intellektlə bağlı dezinformasiyalar və ümumiyyətlə, daha böyük təhdidlər var.
Ona görə Azərbaycanda və digər ölkələrdə bu sahə ilə bağlı qanunvericilik istiqamətində müəyyən işlər görülməli, yeni qanunlar da qəbul olunmalıdır. Yeni qanunlar da süni intellekt kimi cəmiyyəti irəliyə aparan, daha çox gələcəyə açıq olan texnologiyaların imkanlarından bəhs etməlidir. İnternet də belə imkanlar yaradıb. Süni intellektin imkanları daha böyükdür və bu imkanların ölkənin və cəmiyyətin əleyhinə çevrilməməsi üçün müvafiq qanunvericilik aktları qəbul olunmalıdır”.
Arzu Qurbanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Avqust 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















