Icma.az
close
up
RU
Dövlətin bu addımı təqdirəlayiqdir Media eksperti

Dövlətin bu addımı təqdirəlayiqdir Media eksperti

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir.  Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən yeni – 12-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər.
Bununla bağlı media eksperti Azər Həsrət Demokrat.az- açıqlama verib.
O qeyd edib ki, əlilliyi olan şəxslərlə bağlı dövlətin atmaqda olduğu addım təqdirəlayiqdir və vacibdir:
“Çünki dünyanın  ən öndə gedən ölkələrində, inkişaf etmiş demokratiyalarda bu məsələ kökündən həll edilib. Yəni, insanların fiziki, əqli və s. qüsurlarına görə cəmiyyətdən təcrid olunmasını əngəlləmək olmaz. Onların da tam hüquqlu və tam dəyərli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunması üçün dövlət üzərinə götürdüyü vəzifələri yerinə yetirməlidir. Azərbaycan dövləti də hamımıza bəllidir ki, insana dəyər verən bir istiqamət üzrə inkişaf edir  və təbiidir ki, belə bir şəraitdə bizim bu və ya digər şəkildə əlilliyi olan şəxsləri diqqətdənkənar qoymağımız doğru olmazdı. Azərbaycan televiziya kanallarının bəzilərində bu məsələ qismən də olsa həllini tapıb, amma tam olaraq həllini tapdığı haqqında danışa bilmərik. Düşünürəm ki, dövlətin bu addımından sonra həm də bu sahə üçün yetərincə kadr hazırlığı məsələsinə də diqqət yetiriləcək. Çünki arzu etdiyimiz sayda kadrların olduğunu iddia edə bilmərik. Ola bilsin, bəlkə də var, xəbərimiz yoxdur, amma ümumi götürəndə hər halda o kadrların çox olduğunu deyə bilmərik. Çünki bu xüsusi yanaşma tələb edən bir məsələdir. Hər adamın bacaracağı iş deyil və təbidir ki, bu işdən anlayan insanları televiziyalar üçün müvafiq şəkildə hazırlamaq lazımdır ki, onlar artıq işarət dilində gərəkli adamlara həm də bu yolla xidmət etmiş olsunlar. Belə bir addımın atılması çoxdan gözlənilən idi, yerinə düşdü”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see268

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

FHN kollektivi Zəfər parkında Fotolar+Video

27 Sentyabr 2026 16:17see161

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri