Icma.az
close
up
RU
Azərbaycan Suriya yaxınlaşması nələr vəd edir? 4 hal və... TƏHLİL

Azərbaycan Suriya yaxınlaşması nələr vəd edir? 4 hal və... TƏHLİL

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etdi. Dövlət başçısı forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşmüş, iki lider bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdı.

Prezident İlham Əliyev görüş zamanı demişdi ki, “Azərbaycan Suriyanın sabitliyinin möhkəmləndirilməsi üçün bu ölkənin bərpasında iştirak etməyə hazırdır. Həmçinin, Suriya yaxın gələcəkdə Azərbaycanın enerji siyasətində də yer ala bilər”.

Son məlumatlara görə, Suriya və Azərbaycan prezidentləri ötən həftəsonu Türkiyədə keçirilən ilk görüşdə Bakının Suriyanın neft və qaz sektorunun bərpasında necə rol oynaya biləcəyini müzakirə ediblər. Daha dəqiq desək, Suriya hökuməti ölkənin şimal-qərbində neft və qaz yataqlarının işlənməsinə kömək istəyir.

Prinsip etibarilə Azərbaycan Suriyanın neft və qaz yataqlarının işlənməsində bu ölkəyə kömək edə bilər. Rəsmi Bakı həm neft, həm də qaz yataqlarının işlənməsində kifayət qədər təcrübəyə sahibdir. Bundan başqa SOCAR-ın bu sahədə həm ölkə daxilində, həm də xaricində gördüyü işlər təqdirəlayiqdir. Faktiki olaraq şirkət artıq dünyaca tanınan bir brend markadır.

Türkiyə filialının baş direktoru Elçin İbadov bir müddət öncə şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirmişdi.

"Əgər “SOCAR Türkiyə”yə ölkələrimizin – Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur” E. İbradov deyib.

Əslində belə bir əməkdaşlıq həm Suriya, həm də Azərbaycan üçün müsbət dividentlər gətirə bilər:

Birincisi, Azərbaycan Suriyanın neft və qaz yataqlarında həm pay sahibi olacaq, həm də bunların Avropa bazarına çıxışını təmin edə bilər. Rəsmi Bakı onsuz da son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Avropaya nəql edilən təbii qazın həcmi ildən-ilə artır. Lakin bu, hələlik kifayət deyil. Bakı nəql edilən qazın həcmini artırmaq üçün əməkdaşlıqda maraqlıdır. Misal üçün bu istiqamətdə İraqla (xüsusən İraq Kürdüstanı ilə) əməkdaşlıq imkanlarını dəyərləndirir. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun TANAP və TAP layihələrinə çıxış imkanlarını artırır. Yəni Azərbaycan və Suriya əməkdaşlığı Bakının Avropa bazarındakı çəkisini artıra bilər.

Məsələyə Suriya perspektivindən baxdıqda da deyə bilərik ki, bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər. Əhməd əş-Şara hakimiyyəti Suriyada sabitliyi təmin etmək və qorumaq üçün mühüm işlər görür. Lakin ölkənin uzun müddət sanksiyalara məruz qalması, Əsəd rejimin xarici siyasətdəki yanlış tutumu ölkə iqtisadiyyatını pis hala salıb. Bu gün Suriyanın sabitliyinin sirri şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişafından keçir. Bakı-Dəməşq əməkdaşlığı yaxın perspektivdə bu ölkənin iqtisadiyyatının inkişafına maliyyə sisteminin sabitləşməsinə gətirib çıxara bilər.

İkincisi, Azərbaycan ilə əməkdaşlıq Qərb ölkələri kimi sərt və ağır deyil. Bakı bu kimi əməkdaşlıqlarda qarşılıqlı maraqların təmininə xüsusi önəm verir. Yəni Azərbaycan ilə əməkdaşlıq Suriyanı asılı hala gətirməyəcək. Əksinə “SOCAR”-ın təcrübəsi və ixtisaslı kadrları vasitəsilə Suriya qısa müddətdə özü də bu sahədə təcrübə qazana, öz tələbatını ödəyəcək hala gələ bilər.

Üçüncüsü, Azərbaycan və Suriyanın enerji sahəsində əməkdaşlıq etməsi İsrailin də bu ölkəyə yönəlik siyasətini dəyişməsinə səbəb ola bilər. Aydın məsələdir ki, Bakının strateji tərəfdaşı olan Təl-Əviv Azərbaycanı digər məsələlərdə olduğu kimi, bu məsələlərdə də dəstəkləyəcək. Hətta gələcəkdə Suriya üzərindən İsrailə neft-qaz ixracı da təmin edilə bilər. Bu həm də Suriya-İsrail münasibətlərinin normallaşmasına fayda verə bilər.

Dördüncüsü, Azərbaycan-Suriya əməkdaşlığı bu ölkənin əvvəlki kimi təhlükəli, riskli bir yer olmadığı, əksinə investisiya əməkdaşlığa uyğun olduğu fikrini yarada bilər. Prezidenti Əhməd Əş-Şaranın bir neçə gün öncə Suriya Milli Ordusunun II korpus komandiri türkmən general Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionu üzrə komandan təyin etməsi də əslində mühüm olaydır. Bu təyinat həm də “SOCAR”-ın Suriyada təhlükəsiz fəaliyyətinə xüsusi stimul yaradır.

Antalyadakı görüş zamanı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şara Azərbaycana səfərə dəvət olunub. Dəvət minnətdarlıqla qəbul olunub. İstisna deyil ki, Suriya prezidentinin Azərbaycana səfəri zamanı bu məsələ daha ətraflı və detallı müzakirə edilək. Hətta Bakıda konkret razılıq da əldə edilə bilər.

Turan Rzayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Aprel 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri