Icma.az
close
up
RU
Tarixi enerji əməkdaşlığı Azərbaycan üçün nə vəd edir? TƏHLİL

Tarixi enerji əməkdaşlığı Azərbaycan üçün nə vəd edir? TƏHLİL

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin avqustunda Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya nəqlinə başlanması ölkəmizin enerji siyasətində yeni mərhələ kimi dəyərləndirilir.

Kilis–Hələb qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan ilk dəfə Yaxın Şərq bazarına çıxış əldə edərək qaz ixrac coğrafiyasını genişləndirdi və regional təsir imkanlarını artırdı.

Millət vəkili Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, bərpa olunmuş infrastruktur vasitəsilə Azərbaycan qazının gələcəkdə İordaniya və Misirə qədər nəqli həm də ölkəmizin qaz ixracı üzrə destinasiyasının genişləndiyini göstərir:

“Azərbaycan mavi qazının Suriyaya nəqli, ölkəmizin qaz ixrac coğrafiyasının daha da genişləndirməsinə gətirib çıxara bilər. Yaxın Şərqdə postmüharibə dövründən sonra regionda qaz kəmərlərinin bərpası prosesi həyata keçirilir. Suriyaya çatdırılacaq Azərbaycan mavi qazı Suriyaya çatdırılması bu baxımdan strateji addımdır.

Azərbaycan artıq təkcə Avropanın deyil, Yaxın Şərqin də enerji təhlükəsizliyinə mühüm töhfə vermək imkanına sahib olacaq. Bu proses ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə, eyni zamanda Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasında mühüm aktora çevrilməsinə yol açır”.

Millət vəkili qeyd edib ki, tərəfllər arasında imzalanan sözügedən müqavilə, gələcək mərhələdə elektrik enerjisi ixrac etdiyimiz ölkələrin sayını artırmağa səbəb ola bilər:

“Azərbaycan yaşıl enerjini Avropa bazarına çıxarmağı planlaşdırır və bu məqsədlə 2027-ci ildən ixraca başlanacağı gözlənilir. Yaxın Şərq bazarı paralel olaraq yeni istiqamət kimi gündəmə gəlir. Nəticədə, elektrik enerjisi vasitəsilə ixracatın genişləndirilməsi, Azərbaycanın enerji məhsulları üzrə, ixrac diversifikasiyasının formalaşmasına səbəb olacaq. Bütün bunlarla yanaşı, SOCAR-ın investisiya portfelinin coğrafi baxımdan genişlənməsi də aktuallaşır. Son illərdə biz SOCAR-ın xarici investisiya fəaliyyətinin artmasını daha çox ölkəyə sərmayə yönəltdiyini müşahidə edirik. Bu baxımdan, Azərbaycanın Yaxın Şərqin enerji təhlükəsizliyində rolunun artması, dövlət şirkətlərimiz üçün də sərmayə qoyuluşu baxımından yeni imkanlar açacaq".

Azərbaycanın Suriyaya qaz ixracının təkcə iqtisadi deyil, siyasi, geosiyasi və qlobal nüfuz baxımından çox önəmli hadisə olduğunu vurğulayan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, bu proses Azərbaycanın yeni maliyyə mənbəyi əldə etməsindən çox, beynəlxalq nüfuzunun artırılmasına xidmət edən faktor kimi çıxış edəcəkdir:


“Bildiyiniz kimi, Türkiyənin Suriyada və ümumilikdə Yaxın Şərqdə güclü nüfuzu var. Bu ixrac Azərbaycanla Türkiyənin regional əməkdaşlığını və strateji ittifaqınıdaha da gücləndirir. Məlum olduğu kimi, Yaxın Şərqdəki bir çox strateji problemin həllində Türkiyənin rolu artmaqdadır. Bu kontekstdə qaz ixracı prosesində də onun rolu olduqca mühümdür. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl qeyd etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevə Suriyaya qaz ixracı ilə bağlı müraciət etmiş və müsbət cavab almışdır. R. T. Ərdoğan bildirmişdi ki, ölkəsinə qayıdan kimi müvafiq qurumlara bu istiqamətdə tapşırıqlar verəcək – və belə də oldu”.

İqtisadçı əlavə edib ki, əsas məsələ yalnız gəlir deyil, ixrac coğrafiyasının diversifikasiyasıdır:

“Hazırda Azərbaycanın ildə təxminən 50 milyard kubmetr qaz hasilatı var və bunun təxminən yarısı ixrac olunur. Ən böyük ixrac bazarımız isə Türkiyədir. İndi isə həmin qazın bir hissəsi Türkiyə üzərindən Suriyaya ixrac edilir. Bu qazı başqa bir ölkəyə də satsaq, nəticədə ölkəmizə valyuta axını daxil olur. Avropa ölkələrinin qaz alış qiymətləri Suriyanın alış qiymətindən ucuz deyil. Azərbaycan qazının Suriyanın enerji təhlükəsizliyində rol alması, ölkəmizin beynəlxalq mövqeyini gücləndirəcək. Bu layihə Azərbaycanın Yaxın Şərqdə siyasi oyunçuya çevrilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu proseslər təkcə iqtisadi deyil, siyasi dividentləri də ön plandadır”.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Yavuz Subaşı Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Yaxın Şərqdə özünü göstərməsi Türkiyə üçün də müsbət dəstək olacaq:


"Azərbaycanın bölgədə gücünün artması Türkiyənin də gücünü artıracaq. Türkiyə Suriyada və İraqda bu ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Azərbaycan təbii mavi qazının Türkiyə üzərindən Suriyaya çatdırılması iki ölkənin ortaq gücünün göstəricisidir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində Azərbaycan və Türkiyə daim birgə hərəkət edir. Can Azərbaycanımızın uğurları ilə fəxr edirik”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanmışdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Avqust 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri