Icma.az
close
up
RU
“Azərbaycan Suriyaya qaz ixracına hazırdır Texniki imkanlar və resurslar mövcuddur”

“Azərbaycan Suriyaya qaz ixracına hazırdır Texniki imkanlar və resurslar mövcuddur”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab olaraq, Azərbaycandan Suriyanın qaz təminatında iştirakının mümkünlüyünü açıqlayıb. Bu açıqlama enerji sahəsində geniş müzakirələrə səbəb olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, Azərbaycanın Suriyaya qaz ixracını Türkiyə vasitəsilə həyata keçirə biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan Türkiyə bazarına ildə 10 milyard kubmetrədək qaz ixrac edir və bu məqsədlə lazımi infrastruktur mövcuddur.

İ.Şaban əlavə edib ki, Azərbaycanın qazı Türkiyəyə iki əsas kəmər—Bakı-Tiflis-Ərzurum və Genişləndirilmiş Cənubi Qafqaz boru kəmərləri vasitəsilə daxil olur. Hər iki kəmər Gürcüstan-Türkiyə sərhədində müvafiq olaraq BOTAŞ və TANAP infrastrukturuna birləşir.

Ekspert bildirib ki, Türkiyə və Suriya arasında artıq yeni qaz kəməri mövcuddur. 2025-ci ilin mayında Kilis-Hələb qaz xətti istifadəyə veriləcək və bu xətt Suriyanın Hələb və Homs şəhərlərindəki elektrik stansiyalarına gündə 6 milyon kubmetrədək, illik təxminən 2 milyard kubmetr qaz tədarük etməyə imkan verəcək.

İlham Şaban qeyd edib ki, əgər Azərbaycan Prezidenti bu təşəbbüsə razılıq veribsə, demək balansda ehtiyat mövcuddur. O vurğulayıb ki, Azərbaycan yeni yataqlar işlənməyə başlamadan belə, bu il xarici bazarlara əlavə qaz ixrac etmək imkanına malikdir.

Ekspertin sözlərinə görə, bu imkanlar bir neçə əsas mənbədən gəlir:

-"8 Noyabr" İstilik Elektrik Stansiyasının istifadəyə verilməsi ilə illik 500 milyon kubmetr qaz qənaəti mümkün olacaq;

-"Abşeron-Xızı" külək elektrik stansiyasının bu ilin IV rübündə tam istifadəyə verilməsi ilə əlavə 100 milyon kubmetr qaz qənaəti təmin ediləcək;

-SOCAR-ın "Azəriqaz" İB tərəfindən qaz infrastrukturunun təmiri qaz itkilərini azaldacaq;

Sərin yay mövsümü və yağışların artması elektrik istehlakını azaldıb, su elektrik stansiyalarının istehsalını artıracaq, bu da qaz tələbatını azaldır.

İlham Şaban yekun olaraq bildirib ki, Azərbaycan bu il Suriyaya əlavə qaz ixracı üçün texniki və resurs baxımından tam hazırdır və bu, ölkənin enerji siyasətinin çevikliyini göstərir.

Rasim Əliyev
"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri