Icma.az
close
up
RU
Azərbaycan Suriyaya səfir təyin edəcək?

Azərbaycan Suriyaya səfir təyin edəcək?

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd hakimiyyəti devrildi. "Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı müxalifət 12 gün ərzində paytaxt Dəməşqə çatdı. Qruplaşmanın Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsəd ailəsilə birgə ölkədən qaçıb və Rusiyaya sığınıb.

Hurriyyet.az xəbər verir ki, Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd hakimiyyətini devirən "Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Əl-Cəlalinin nəzarəti altında qalacaq.

Qeyd edək ki, Suriyadakı hadisələrə Azərbaycanda da fərqli reaksiyalar verilib.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. İki arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Ötən il Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdad Azərbaycanda səfərdə olub.

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib.

Yeri gəlmişkən, Milli Məclisdə də Suriya ilə parlamentlərarası işçi qrupu yoxdur.

Suriyada vətəndaş müharibəsinin başladığı dövrdə Azərbaycanın xarici işlər naziri vəzifəsini tutan Elmar Məmmədyarov Modern.az-a danışıb.

O qeyd edib ki, yeni hakimiyyətin Suriyada hansı addımlar atacağını gözləmək lazımdır: "Əlbəttə, Suriya Yaxın Şərqdə önəmli ölkəydi. Amma orada cürbəcür məsələlər var. Yeni hakimiyyətin qonşularla və daxildə necə siyasət yürüdəcəyi önəmli məsələdir.  Onların hansı addımları atacağı bizə məlum olduqdan sonra nəsə dəqiq şərh vermək olar".

E.Məmmədyarov qeyd edib ki, Suriya ilə diplomatik münasibətlər məsələsi də yeni hakimiyyətin addımlarından asılı olacaq:

"Azərbaycanın Suriyada səfirliyi vardı. 2011-ci ildə vətəndaş müharibəsi başlayanda səfirliyi çıxardıb, Beyruta köçürdük. İndi hakimiyyətdə olanlar ABŞ və Türkiyə başda olmaqla bütün ölkələr tərəfindən terror qruplaşması kimi tanınır. Görək beynəlxalq oyunçular onlara qarşı hansı addımları atacaqlar. Orada həm Rusiya, həm İran, həm ABŞ, həm də İsrail faktoru var. Suriyada oyunçular çoxdur. Məncə, Azərbaycan üçün tələsməyə ehtiyac yoxdur. Gələn il ABŞ-da administrasiya dəyişəcək. Yeni administrasiyanın hansı addımları atacağı məsələsi də vacibdir. Yenə deyirəm, məncə tələsməyə ehtiyac yoxdur"./qaynarinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri