Azərbaycan tarixi nin Azərbaycanca keçilməsi şagirdlərə müsbət təsir edəcək
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Əlbəttə ki, Azərbaycan dilindən fərqli digər bölmələrdə tədris aparılan dərslərin, xüsusən də "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsinə ehtiyac var".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi növbəti tədris mövsümündən rus bölmələrində "Azərbaycan tarixi" fənninin Azərbaycanca keçilməsinə münasibət bildirirkən deyib.
O bildirib ki, bu qərarın verilməsi şagirdlərə gələcəkdə verəcəkləri imtahanlarda kömək olacaq:
"Bizim "Azərbaycan tarixi" fənni öz dilimizdə tədris olunmalıdır. Şagirdlərin bu fənni daha yaxşı mənimsəmələri, tarixdə baş verən hadisələri analiz etmələri üçün mütləq öz dillərində dərs almaları vacibdir. Bu, eyni zamanda onların gələcəkdə verəcəkləri imtahanlara da öz təsiri göstərir. Onların təhsil göstəricilərinə də təsir göstərmiş olur. Bilirsiniz ki, həmin o şəxslər 9 və ya 11-ci sinfi bitirdikləri zaman ayrıca dövlət dilindən imtahan verirlər. Təbii ki, dərslərin Azərbaycan dilində olması onların gələcək inkişaflarına da mühüm təsir göstərir. O baxımdan, alınan bu qərarı alqışlayır və müsbət qiymətləndirməliyik".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, məktəblərdə növbəti tədris mövsümündən rus bölmələrində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçiləcək.
Mikayıl Mirzəzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Avqust 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















