Icma.az
close
up
RU
Azərbaycan tarixini bədii və emosional dildə çatdıran tamaşa “Bayraq yolu”

Azərbaycan tarixini bədii və emosional dildə çatdıran tamaşa “Bayraq yolu”

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

“Bayraq yolu” adlı ədəbi-bədii kompozisiya tamaşaçıya Azərbaycan tarixinin yüz illik yolunu bədii və emosional dildə çatdırıb.

AZƏRTAC xəbər verir ki, tamaşa 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayır, azadlığın rəmzi olan üçrəngli bayrağımızın qaldırılmasından bu günə qədər uzanan keşməkeşli tarixi hadisələri canlandırır.

Dünya Məktəbində təqdim olunan tamaşada Cümhuriyyətin süqutu, 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsinin ağrıları və nəhayət, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ardıcıl şəkildə təqdim olunub. Hadisələrin xronoloji ardıcıllığı yalnız informativ yox, həm də təsirli bədii həllərlə təqdim olunub, sanki bu yol təkcə bayrağın deyil, bütün bir xalqın taleyinin bədii xronikası idi.

Xüsusilə Vətən müharibəsindəki qələbədən sonra üçrəngli bayrağın yenidən Qarabağ səmasında dalğalanması tamaşanın ən təsirli anı idi. Bu səhnə sadəcə bir final yox, həm də illərlə çəkilən ağrıların, qürurun və qələbənin poetik bir yekunu kimi dərin təsir buraxırdı.

Ümumilikdə “Bayraq yolu” həm tarixi yaddaşın qorunması, həm də milli dəyərlərin nəsillərə ötürülməsi baxımından uğurlu səhnə işidir. Tamaşa bir daha göstərdi ki, bayraq sadəcə bir simvol deyil, xalqın keçmişi, mübarizəsi və gələcəyə inamının canlı nişanəsidir.

Tədbirdə iştirak edən Qarabağ müharibəsi veteranları çıxış edərək döyüş illərinə dair xatirələrini bölüşüblər. Onlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb, məktəblilərin müharibə illərində əsgərlərə ünvanladıqları məktubların ön cəbhədə döyüşən hərbçilər üçün mənəvi dəstək olduğunu qeyd ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri