Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Azərbaycan tarixşünaslığına Tofiq Nəcəfli töhfələri

Azərbaycan tarixşünaslığına Tofiq Nəcəfli töhfələri

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mübariz AĞALARLI

AMEA-nın Tarix və Etnologiya İnstitutunun, aparıcı elmi işçisi, dosent

Tarix elmi yalnız keçmişi öyrətmir, həm də bu günümüzə milli kimlik, düşüncə və mənəvi dayaqlar bəxş edir. Azərbaycan tarixşünaslığında bu amal və məsuliyyətlə fəaliyyət göstərən alimlərdən biri də tarix elmləri doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV–XVIII əsrlər tarixi” şöbəsinin müdiri Tofiq Nəcəflidir. Bu il noyabrın 1-də 65 yaşı tamam olacaq Tofiq müəllimlə iyirmi ildən artıq birgə elmi fəaliyyətimiz dövründə onun təkcə alim, tarixçi kimi deyil, həm də vətənini, millətini, elmini sevən, bir ziyalı kimi xarakterini yaxından müşahidə etmişəm.

Tofiq Nəcəfli Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda (hazırda Tarix və Etnolo­giya) davam etdirib. O, burada elmi axtarışlarını davam etdirərək orta əsrlər Azərbaycan tarixinin az tədqiq olunmuş sahələrini – Azərbaycan Qara­qoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini öyrənməyə həsr edib.

İlk elmi işini 1994-cü ildə “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında” mövzusunda müdafiə edən Tofiq Nəcəfli, bu sahədəki ilkin işlərinin nəticəsi olaraq bir neçə mühüm monoqrafiyanı ərsəyə gətirmişdir. Nəcəflinin elmi əsərləri, həm Azərbaycan tarixinin, həm də türk dünyasının orta əsrlər dövrünün dərinliklərinə enməkdə böyük əhəmiyyət kəsb edir. Onun “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında” (2000), “Qaraqoyunlular və Ağqoyunlular” (2011 fars dilində) və “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” (2012) adlı monoqrafiyaları, bu mövzuda olan boşluqları doldurmaqla yanaşı, yeni elmi tədqiqatlara əsaslı bir zəmin yaratmışdır. Onun bu sahədəki əsərləri yalnız Azərbaycan tarixini araşdırmaqla kifayətlənmir, həm də türk tarixşünaslığının qədim və müasir mərhələlərini birləşdirir. Tofiq Nəcəflinin əsərləri, çoxsaylı tarixi mənbələrdən və sənədlərdən istifadə etməklə, bir zamanlar unudulmuş və ya az işıqlandırılmış məsələləri yenidən gündəmə gətirir.

Bu əsərlər təkcə akademik dünyada deyil, həm də geniş oxucu kütləsində böyük maraq doğurur. Əsərlərinin hər biri, orta əsrlər tarixi ilə bağlı bir araşdırma işindən daha çox, bir dövrün çətinliklərini, mübarizələrini və zəfərlərini əks etdirən tarixi şəcərəni oxuculara təqdim edir. Tarix elmi ilə bağlı yazdığı monoqrafiyalar həm də böyük bir tarixi sərhədin – Azərbaycan və türk dünyasının keçmişinin, bir-birinə bağlı olan tarixi hadisələrinin aydınlaşdırılmasına xidmət edir.

Tofiq Nəcəflinin elmi yaradıcılığında Azərbaycan Səfəvi dövləti anlayışı mərkəzi yer tutur və onun tədqiqatlarında bu dövlət Azərbaycan siyasi və mədəni dövlətçilik ənənələrinin zirvəsi kimi təqdim olunur. Tofiq Nəcəfli Səfəvi dövlətini milli-siyasi mənsubiyyət baxımından Azərbaycan dövləti kimi səciyyələndirir. T.Nəcəflinin əsərlərində xüsusi yer tutan istiqamətlərdən biri Səfəvi dövləti və onun beynəlxalq əlaqələri məsələsidir. 2016-cı ildə doktorluq disserasiyasını uğurla müdafiə etdikdən sonra onun tədqiatlarının ağırlıq mərkəzi məhz bu istiqamətdə daha intensiv xarakter aldı.

Tofiq Nəcəflinin tədqiqatlarında Azərbaycan Səfəvi dövləti XVI–XVII əsrlər Avrasiyasının geosiyasi tarazlıq elementi kimi təqdim olunur. Qərbdə Osmanlı imperiyası, şimalda Moskva dövləti, cənubda Hindistan və Dekan sultanlıqları ilə aparılan diplomatik əlaqələr Səfəvilərin regional balans siyasətinin göstəricisi kimi təqdim olunur. Səfəvi hökmdarlarının diplomatik missiyaları və beynəlxalq müqavilələri Azərbaycanın dövlətçilik mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir. Bu baxımdan, Nəcəfliyə görə, Səfəvi dövləti Azərbaycan diplomatiyasının ilk imperiya modeli kimi dəyərləndirilməlidir.

Tofiq Nəcəflinin tədqiqatlarında Azərbaycan Səfəvi dövləti etnik və mənəvi kökləri ilə milli dövlətçilik xəttinin daşıyıcısı; dil, mədəniyyət və ideologiya baxımından türk-islam sintezinin nümunəsi; beynəlxalq münasibətlər sistemində Avrasiya miqyaslı güc mərkəzi kimi təqdim olunur.

T.Nəcəflinin Səfəvi dövlətinin tarixi ilə bağlı yazdığı monoqrafiyalar həm də böyük bir tarixi sərhədin – Azərbaycan və türk dünyasının keçmişinin, bir-birinə bağlı olan tarixi hadisələrinin aydınlaşdırılmasına xidmət edir. Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında)” adlı monoqrafiyası məhz belə bir zəka parıltısıdır.

Monoqrafiya XVI-XVIII əsrin əvvəllərini əhatə edərək Səfəvi dövlətinin yaranmasından qüdrətlənməsinə qədərki dövrdə yürütdüyü xarici siyasəti geniş aspektdə tədqiq edir. Əsərin mərkəzində təbii ki, Səfəvi–Osmanlı münasibətləri dayanır. Bu iki nəhəng imperiya arasındakı gərgin diplomatik mübarizələr, elçi mübadilələri və saysız-hesabsız hərbi qarşıdurmalar Türkiyə tarixçilərinin əsərləri əsasında təhlil olunur. Müəllif Osmanlı tarixçilərinin Səfəvi-Osmanlı müharibə­lərinə, o cümlədən Çaldıran döyüşünə dair fikirlərini və Səfəvilərin Məmlük dövləti ilə olan əlaqələrini araşdıraraq, regionun siyasi xəritəsini bütün mürəkkəbliyi ilə canlandırır.

Lakin əsər yalnız Səfəvi-Osmanlı qarşıdurması ilə məhdudlaşmır. Tofiq Nəcəf­li Səfəvi xarici siyasətinin digər vektorlarını da – Şeybanilər və Türküstan xanlıqları, Böyük Moğol imperiyası, Böyük Moskva knyazlığı, gürcü knyazlıqları və ən əsası, Avropa ölkələri ilə olan əlaqələr tarixini dərindən araşdırır. Səfəvilərin Osmanlılara qarşı Qərb dövlətləri ilə ittifaq axtarışları, bu münasibətlərin Türkiyə tarixşünas­lığında necə şərh edildiyi – bəzən sadəcə “Osmanlı əleyhinə xristian ittifaqı” kimi təqdim edilməsi – məsələləri də monoqrafiyada tənqidi təhlil süzgəcindən keçirilir.

Tofiq Nəcəfli sanki Səfəvi dövlətinin qızılbaş diplomatlarının İpək Yolu üzərində qurduqları geosiyasi şahmat oyununun hər bir gedişini araşdırmağı özünə missiya seçmişdir. Bu dövrü araşdırmaq – XVI-XVIII əsrlərdə Şərqin iki nəhəngi – Osmanlı çəkici və Şeybani örsü – arasında var olmaq mübarizəsini sənədləşdirmək deməkdir.

Onun fədakar əməyinin əsas hədəfi Səfəvi diplomatiyasının paslanmış qıfıllarını açmaq, beynəlxalq münasibətlərin dumanlı pərdəsini aralamaq olmuşdur. Nəcəflinin qələmindən çıxan hər bir sətir, hər bir monoqrafiya, Səfəvilərin Avropa ilə ittifaq axtarışlarının cəsarətini, Qonşu xanlıqlarla münasibətlərin incəliklərini və ən əsası, Osmanlı rəqabəti qarşısında necə bir strateji uzaqgörənlik nümayiş etdirdiklərini təsdiqləyir.

Azərbaycan Səfəvi imperiyasının Dekan yarımadasındakı türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələriTofiq Nəcəflinin Səfəvilər dövrü beynəlxalq münasibətlərinə dair tədqiqat­larında mühüm istiqamətlərdən biridir. Tofiq Nəcəfli göstərir ki, Səfəvi dövləti XVI əsrdən etibarən Dekan bölgəsindəki türk-müsəlman sultanlıqları ­– xüsusilə Adilşahlar, Qütbşahlar və Nizamşahlar dövlətləri ilə müttəfiqlik əlaqələri qurmağa çalışırdı. Bu siyasət əsasən Osmanlı imperiyasına qarşı strateji balans yaratmaq məqsədi daşıyırdı. Səfəvilər üçün Dekan sultanlıqları həm siyasi tərəfdaş, həm də şiəlik ideologiyasının yayılması üçün təbii mühit kimi dəyərləndi­rilirdi. Nəcəfli yazır ki, I Şah İsmayıl və xüsusən I Şah Təhmasib dövründə Səfəvi elçiləri Hindistanın cənubuna qədər uzanan diplomatik əlaqələr qurmuşdular. Bu əlaqələr I Şah Abbas dövründə özünün kulminasiya səviyyəsinə yüksəlmişdir. Tofiq Nəcəfli öz əsərlərində vurğulayır ki, Səfəvi–Dekan münasibətləri təkcə siyasət deyil, həm də mədəniyyət və elmi mühit baxımından qarşılıqlı təsir yaratmışdır. Səfəvi memarlıq üslubu, saray poetik ənənəsi və kitabxana-məktəb sistemi Dekan şəhərlərinə təsir göstərmiş, Dekan saraylarından isə Azərbaycan və İran şəhərlərinə alimlər, şairlər və sənətkarlar gəlmişdir. Nəcəflinin bu sahədə elmi araşdırmalarının ən mühüm elmi dəyəri odur ki, bu mövzunu Vətən tarixşünaslığında elmi tədqiqat mövzusu kimi ilk dəfə tədqiq etməklə, Səfəvi imperiyasının Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələri barədə Azərbaycan oxucusunda tam elmi təsəvvür yaratmağa nail olmuşdur.

Tofiq Nəcəflinin karyerası yalnız elmi araşdırmalarla deyil, həm də müasir tarixşünaslığın inkişafına verdiyi töhfələrlə zəngindir. Ən bariz nümunəsi “Qızılbaş Ensiklopediyası” 1001 termin və xüsusi ad” (2024) tarixçi qəlbinin qızıl naxışları ilə bəzədilmiş, milli ruhumuzun tükənməz gücünü özündə əks etdirən bir mədəniyyət abidəsidur. Yalnız ümumi tarixi xronologiyaları yox, eyni zamanda, dövrün az tanınan şəxsiyyətlərini, xüsusi Qızılbaş tayfalarının dərin qollarını, Səfəvi xidmətindəki hərbi və mülki vəzifələrin incəliklərini belə işıqlandırıb. Onun qələmindən çıxan hər bir məqalə, illərlə toplanmış mənbəşünaslıq təcrübəsinin nəticəsidir.

Tofiq Nəcəflinin yalnız monoqrafiyaları deyil, həmçinin elmi məqalələri də çoxsaylı beynəlxalq platformalarda yüksək qiymətləndirilmişdir. Alimin tədqiqatları həm də Azərbaycan tarix elminin beynəlxalq səviyyədə tanıdılmasına xidmət etmişdir. O, Türkiyə, Polşa, Çexiya, İraq, Rusiya Federasiyası və İran İslam Respublikasında keçirilmiş elmi konfranslarda iştirak edərək, Azərbaycan tarixinin tədqiqi sahəsindəki yenilikləri və öz tədqiqatlarını dünya alimləri ilə paylaşmışdır.

T.Nəcəflinin elmi məqalələri yalnız Azərbaycan dilində deyil, həm də türk, ingilis, ispan, fars, rus və digər dillərdə çap olunmuşdur. Bu, onun beynəlxalq elmi mühitdə nə qədər tanınan bir alim olduğunu göstərir. “Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı” və “Şəki tarixi”, “İrəvan necə varsa” kimi əhəmiyyətli elmi əsərlərdə onun həmmüəllifliyi, müasir tarixşünaslığın vacib məsələlərini irəli sürmüşdür. O, həmçinin “Azərbaycan tarix atlası” (2007) layihəsində XV-XVII əsr Azərbaycan tarixi ilə bağlı 7 xəritənin hazırlanmasında da iştirak etmişdir.

Tofiq Nəcəfli uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işlərə rəhbərlik etmişdir. O, həmçinin müxtəlif elmi şuraların və redaksiya heyətlərinin üzvü olmuş, bir çox beynəlxalq elmi layihələrdə iştirak etmişdir.

Xeyli müddət Bakı Dövlət Universitetinin Tarix fakültəsində dərs deyən Tofiq Nəcəfli, yalnız tarixçi kimi deyil, həm də müəllim kimi Azərbaycan gəncliyinə əsl elmi biliklər aşılayır. Onun dərsləri yalnız tarixi məlumatlarla deyil, həm də düşünmə, araşdırma və tədqiqat metodları ilə zəngindir. Onun tələbələri yalnız tarix öyrənməkdə deyil, həm də bu sahədə yeni fikirlər irəli sürməkdə və elmi irəliləyişə töhfə verməkdə ruhlanırlar.

Onun “Xalqların böyük köçü və Azərbaycan”, “Orta əsrlər tarixinin aktual problemləri”, “Azərbaycanın beynəlxalq əlaqələri (XV-XVII əsrlər)”  mövzusu üzrə magistraturada verdiyi mühazirələr isə gələcək tarixçilər üçün əvəzsiz bir qaynaq və ilham mənbəyidir.

Tofiq Nəcəflinin karyerası yalnız elmi araşdırmalarla deyil, həm də müasir tarixşünaslığın inkişafına verdiyi töhfələrlə zəngindir. Onun əsərləri, həm milli tariximizin dərinliklərinə enməyimizə, həm də türk dünyasının tarixinə dair qlobal düşünməyimizə imkan verir. Azərbaycan tarixinin müxtəlif dövrləri üzrə yazılmış monoqrafiyalar və məqalələr onun adı ilə bağlı gələcək elmi araşdırmalara yol açmışdır.

Tofiq Nəcəflinin kitablarında Azərbaycanın tarixi və mədəniyyətinin itirilmiş səhifələrini gün üzünə çıxarmağa çalışır. Onun Türkiyə Başbakanlıq Osmanlı Arxivindən gətirdiyi tarixşü­naslığımıza təqdim etdiyi XVI yüzilin sonlarına aid “İrəvan əyalətinin müfəssəl dəftəri” “İrəvan əyalətinin icmal dəftəri” və “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri” kimi sənəd toplularında, sadəcə tarixi məlumatları təqdim etməklə qalmır, həm də ərazilərin sosial və iqtisadi həyatını öyrənməyə imkan yaradır. Əslində, həmin ərazilərin həyatını anlamağın açarıdır.

İrəvan əyaləti, qədim Azərbaycan torpaqlarından biri olaraq, uzun müddət Azərbaycanın mədəniyyət və iqtisadiyyatının mərkəzi olmuşdur. Ancaq bu əyalət, zamanla müxtəlif siyasi və iqtisadi dəyişikliklərə məruz qalaraq, öz tarixi kimliyini müəyyən edən ən mühüm cəhətləri itirmişdir. Tofiq Nəcəflinin İrəvan barədə etdiyi araşdırmalar, bu əyalətin tarixini daha dərindən öyrənməyimizə şərait yaradır. Nəcəfli, bu əyalətin tarixi mövqeyini, orada yaşayan xalqların mədəniyyətini və sosial strukturunu müfəssəl şəkildə təhlil edir.

Qubadlı və Zəngəzur, Azərbaycan tarixinin və mədəniyyətinin sarsılmaz sütunlarıdır. Bu ərazilər, Azərbaycanın müxtəlif xalqları üçün həm vətən, həm də mədəniyyətin beşiyi olmuşdur. Tofiq Nəcəflinin əsərlərində bu torpaqların hər bir daşı, hər bir çayı bir hekayə kimi danışır. Tarixin yalnız faktlarla deyil, duyğularla, insanın həyat yeri ilə necə əlaqələndiyini göstərmək, Nəcəflinin yanaşmasının ən diqqət çəkici tərəflərindən biridir. Bu torpaqların tarixini oxumaq, sadəcə bir xalqın keçmişinə baxmaq deyil, həm də onun ruhunu, həyatının ritmini və mübarizəsini anlamaqdır.

Qubadlı, Zəngəzurun bir qapısı olaraq, müxtəlif dövrlərdə Azərbaycan xalqının müdafiəçi rolu ilə tanınmışdır. Tofiq Nəcəfli, bu bölgələrin tarixi ilə bağlı yazdığı əsərlərdə, yalnız dövrlərarası keçidləri deyil, həm də insanların mədəniy­yətlərarası əlaqələrini, ziddiyyətləri və mübarizələri bədii şəkildə əks etdirir. Hər bir cild, tarixi bir mozaika kimi, oxucunu əhatə edir və qədim Azərbaycan torpaqlarının izlərini bu günə daşıyır.

Tofiq Nəcəflinin bu bölgələrə dair izləri, heç şübhəsiz, həm yerli tarixçilər, həm də beynəlxalq mütəxəssislər üçün vacibdir. Onun yazıları, tarixə və mədəniyyətə olan bağlılığın nə qədər güclü olduğunu göstərir. Bu yazıların bədii şəkildə təqdim edilməsi, həm də tarixə olan ehtiramı bir daha ifadə edir. Çünki bu gün həmin torpaqların üzərindəki həqiqətlər yalnız keçmişin izləri ilə deyil, həm də bu izlərin necə qorunması və gələcəyə necə daşınması ilə ölçülür.

Tofiq Nəcəflinin elmi yaradıcılığı, tarixə olan böyük sevgisinin və məsuliyyətinin təzahü­rüdür. Onun əsərləri, təkcə unudulmuş və ya az işıqlandırılmış məsələləri yenidən gündəmə gətir­məklə kifayətlənmir, həm də tarixin mürəkkəb qatlarını açaraq, bu hadisələri müasir dövrün anlayışları ilə birləşdirir. Nəcəflinin tarixi araşdırmaları, keçmişin qaranlıq səhifələrini işıqlan­dırmaqla yanaşı, həm də gələcək nəsillərə dəyərli bir elmi miras qoyur. Onun yazdığı hər bir əsər, Azərbaycanın və türk dünyasının zəngin və rəngarəng tarixini bu günümüzə daşıyan bir işıqdır. Tarixə dair düşündürən, həqiqətləri ortaya qoyan və oxucusunu aydınlığa çıxaran bu əsərlər, həm akademik, həm də bədii səviyyədə yüksək qiymətlən­dirilməlidir.

Tarixçi olaraq Tofiq Nəcəfli, yalnız keçmişin izlərini deyil, həm də gələcəyin tarixini formalaşdıran bir alimdir. O, hər bir yazısında Azərbaycanın və türk dünyasının parlaq tarixini, mədəniyyətini və ənənələrini gələcək nəsillərə çatdır­mağa çalışmışdır. Onun elmi yaradıcılığı, tarixşünaslığın dərinliklərindəki işığı tapmaq və bu işığı gələcəyə daşımaq məqsədini daşıyır.

Tofiq Nəcəfli həm elmə, həm insanlara qarşı münasibətdə səmimiyyət və prinsipiallıqla seçilir. Həmkarları onu mənbəyə sədaqətli, faktlara həssas, düşüncədə ardıcıl alim kimi xarakterizə edirlər. Tələbələri və gənc tədqiqatçılar üçün o, elmi dürüstlüyün və vətənpərvər tədqiqatçılığın nümunəsidir.

Tofiq Nəcəflinin elmi irsi Azərbaycan tarix elminin ayrılmaz hissəsidir. Alimin həyat və elm fəlsəfəsi bir cümlədə ifadə olunur:

“Tarixi öyrənmək xalqın yaddaşını diriltməkdir” - bu deviz onun bütün elmi fəaliyyətinin mənəvi bünövrəsini təşkil edir.

Tofiq Nəcəfli həm alim, həm müəllim, həm də ziyalı kimi sadə, prinsipial və təvazökar şəxsiyyəti ilə seçilir. Onun elmə münasibətində dəqiqlik, mənbəyə sədaqət və konseptual düşüncə əsas prinsiplər kimi önə çıxır. Həmkarlarının və tələbələrinin xatirələrində o, həmişə elmə sədaqətli, gənclərə qayğı ilə yanaşan, tarixi ədalətin bərpasını həyat məqsədi sayan bir şəxsiyyət kimi təqdim olunur.

Tofiq Hümbət oğlu Nəcəfli, təkcə tarixçi, alim və müəllim kimi deyil, həm də tariximizin gələcəyini formalaşdıran və bu yolda irəliləyən bir şəxsiyyət olaraq yadda qalacaq. Onun tədqiqatları, əsərləri və dərsləri Azərbaycanın tarixşünaslığının gələcəyinə böyük təsir göstərəcək, onun adı isə müasir tarix elminin öncüllərindən biri kimi daim yaşayacaq.

“Elm yalnız keçmişi öyrənmək deyil, həm də gələcək üçün düşünməkdir” – bu prinsip Tofiq Nəcəflinin elmi həyatının başlıca devizinə çevrilmişdir.

Tofiq Nəcəfli Azərbaycan tarix elminin bütöv bir dövrünü simvolizə edən alimlərdəndir. O, keçmişə baxışda milli şüurun, dövlətçilik düşüncəsinin harmoniyasını yaradan bir tədqiqatçıdır. Tofiq müəllim kimi alimlər Azərbaycan tarixinin təməl yaddaşını qoruyan insanlardır. O, ardında dərin elmi irs, vətənpərvərlik məktəbi kimi bir ad qoymuşdur.  Tofiq müəllimin elmi yaradıcılıq fəaliyyətində davamlı uğurlar və yeni elmi nailiyyətlər arzulayıram.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri