Icma.az
close
up
RU
Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında ilk dəfə milli stendlə təmsil olunur

Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında ilk dəfə milli stendlə təmsil olunur

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında ilk dəfə milli stendlə təmsil olunur

Mayın 29-da Gürcüstanın paytaxtı Tbilisidə XXVII Beynəlxalq Kitab Festivalı başlanıb. İyunun 1-dək davam edəcək tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə ölkəmiz ilk dəfə milli stendlə təmsil olunur. 

OLAY yazır ki, Azərbaycan naşir və yazarlarından ibarət heyət kitab bayramında iştirak edir. 

Milli stendimizdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafını əks etdirən 83 adda 200-dən artıq nəşr nümayiş olunur. 

Gürcüstan Naşirlər və Kitab Satıcıları Assosiasiyası tərəfindən təşkil olunan festivalın ilk günündə Azərbaycanın kitab mədəniyyətinə həsr olunmuş panel müzakirəsi keçirilib. 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri, yazıçı, kinodramaturq Orxan Fikrətoğlu, yazıçı Sahilə Yaya, yazıçı, dramaturq Sevinc Elsevər və “MİMTA Yayınları” nəşriyyatının təsisçisi Kənan Şabiyevin iştirakı ilə gerçəkləşən müzakirə zamanı Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolu və müasir uğurlarından söz açılıb. Azərbaycan və gürcü xalqlarının mədəniyyətinin və ortaq tarixinin öyrənilməsində, onların dostluğunun möhkəmlənməsində kitabın və ədəbiyyatın əhəmiyyəti vurğulanıb.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Gürcüstan Yazıçılar Evinin sədri Keti Dumbadze çıxışında Azərbaycanla ortaq ədəbi layihələrin planlaşdırıldığını diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olay.az
archiveBu xəbər 29 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri