Icma.az
close
up
RU
Azərbaycan teatrlarının PROBLEMLƏRİ...

Azərbaycan teatrlarının PROBLEMLƏRİ...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Diqqətəlayiq tarixi ənənələrə malik olan Azərbaycan teatrı bu gün özünün mürəkkəb, ziddiyyətli, böhran dövrünü yaşayır.

İstər-istəməz qarşıya məlum və məşhur Hamlet sualı çıxır...

Bəs nə etməli? Nədən başlamalı?

Bizə elə gəlir ki, bütün dünya teatrlarında ən vacib məsələ məhz rejissor hazırlığı ilə bağlıdır.

Təəssüf  hissi iə vurğulamalıyıq ki, bizim teatrlarda rejissor qıtlığı özünü qabarıq şəkildə büruzə verməkdədir. Hazırda az qala bütün teatrlar “bir rejissorun teatrı” kimi fəaliyyət göstərir. Bəs bunun səbəbini harada axtarmalı? Olmazki hər bir teatrda müxtəlif  temperament və fərqli üsluba malik bir neçə rejissor fəaliyyət göstərsin? Rejissorluq institutlarının real tələb-təklif qanunları əsasında qurulmasının zamanı yetişməyibmi? Axı rəqabət olmayan yerdə, o cümlədən teatrda, hansı inkişafdan söhbət gedə bilər?

Bəli, etiraf etməliyik ki, bizdə rejissorlar barmaqla sayılacaq qədər azdır. Doğrudur, teatrlara bəzən xarici ölkələrdən də rejissorlar dəvət olunur. Təbii ki, bu da gərəkli addımdır. Amma nəzərə almaq lazımdır ki, bu cür dəvətlər böyük vəsait hesabına başa gəlir. Anoloji xərclərin bir qisminın  gənclərin xaricdə  rejissorluq təhsili alıb yetişməsinə, habelə yaradıcılıq mübadiləsinin genişlənməsinə yönəldilməsi daha məqsədəuyğun hesab edilməzdimi?

Ölkəmizin aparıcı teatrlarından biri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrıdır. “Akademik teatr” nə deməkdir? Bu günkü anlamda akademizm yüksək peşəkarlıq prinsipinə sadiq qalmaq deməkdir. Yəni burada hansısa eksperimentçilikdən, “təcrübə keçməkdən” söhbət gedə bilməz. Amma orası da var ki, “akademizm” təkcə köhnəlmiş ənənələrin daşıyıcısı olmamalıdır. Və buradan belə bir sual meydana çıxır: bəs günümüzdə eksperimental teatrlara necə, bir ehtiyac yoxmu? Əlbəttə, var. Həm də çox ehtiyac var. Peşəkarlar özünün ilk addımlarını məhz eksperimantal səhnədə atırlar.  Elə bu zərurətdəndir ki, bu gün bütün dünyada eksperimental, imperaktiv və immersiv  teatrlar sənətdə , xüsusilə teatr  aləmində, gözlənilməz perfomanslarla çıxış edir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə baglı fikirlərimizi davam etdirərək qısaca onu deyə bilərik ki, tamaşaya qoyulan əsərlərin bir çoxu müasir tamaşaçının mənəvi tələbatını ödəyəcək səviyyədə deyildir.  
Deyə bilərlər ki, bəzən professionalların dəyər vermədiyi əsərlər, lap elə bir çox tamaşlar, seyrçilər tərəfindən coşqu ilə qarşılanır. Ola bilər. İnandırıcı arqumentdir. Amma gəlin əsl sənətin böyk missiyasını unutmayaq: əsər seyrçinin (və ya oxucunun) arxasınca sürünməməlidir, əksinə, onları öz arxasınca aparmalıdır. Bu yerdə ən azı Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin yazdığı əsərlərin, xüsusən onların qələmə aldığı ölməz dramların təkcə sənət platformasında deyil, habelə cəmiyyət həyatında oynadığı rolu xatırlatmaq borcumuzdur.  Belə hesab edirik ki, teatr öz repertuarıı müəyyənləşdirərkən mövzu aktuallığını nəzərə almalıdır. Hətta, klassiklərə müraciət ediləndə belə, oradakı mesajların müasir dövrün problemləri ilə səsləşməsini təmin etmək lazımdır.

“Akademik” statuslu digər teatrların- Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və Azərbaycan Dövlət Akademik Musiqili teatrlarının da  böyük ənənələri vardır.  Amma etiraf etməliyik ki, son illərdə bəzi istisnalarla opera, operetta, balet, müzikl janrlarında hansısa diqqətəlayiq əsərin meydana çıxdığını müşahidə etməmişik.  Əgər belə demək mümkünsə, musiqi yönümlü teatrlarda məhz musiqinin, bir az da dəqiq ifadə etməyə çalışsaq bəstəkar musiqisinin və bəstəkarların çatışmazlığı açıq-aydın hiss olunur. Məsələn, Musiqili Teatrda  ilin-günün bu vədəsində, səhv etmirəmsə ötən əsrin 30-cu illərinin sonunda meydana gəlmiş  “Beşmanatlıq gəlin”   operettasının yenidən “bərpası” da, çübhəsiz ki,  məhz  bu “qıtlıqla” bağlıdır. Qayəsi adamları yeni təsərrüfat sisteminə- kolxoza cəlb etməyin “üstünlüklərindən”  bəhs edən bu əsərin musiqisi (bəstəkar Səid Rüstəmov) bu gün də maraq doğurmaqdadır. Əsərin müasir zamanla səsləşməsi üçün rejisssor da (Əsgər Əsgərov) əlindən gələni əsirgəməyib.  Amma, artıq dediyimiz kimi, “kolxoz mövzusunda” yazılmış musiqili komediyanın yenidən səhnəyə gətirilməsi,  musiqimizin, musiqili əsərlərin  bu günü və gələcəyi haqqında ciddi düşünməyə vadar edir.

“Qorxma, mən səninləyəm” (“Ne boysya, ya s taboy”), “Bəxtiyar” filmlərinin “bərpası” da  məhz həmin “musiqi böhranının” nəticəsi kimi qiymətləndirilə bilər. Əlbəttə, retrospektiv əsərlərə müraciət etmək olar və bu, layıqli ənənələrin qorunub saxlanması baxımından çox gərəklidir. Lakin bu “müraciətin”  məhz hansı zərurətdən meydana çıxdığını da unutmaq olmaz.  Açıq deməliyik ki, bu gün klassik üslubda musiqi əsərlərinin yazılması “dəbdə” deyildir. Bu, o demək anlamına gətirmir ki, bizdə istedadlı bəstəkarlar yoxdur. Xeyr, istedadlar var. Sadəcə olaraq, onların lazım olan “səhnəyə” cəlb edilməsi üçün lazımi  tədbirlər görülməli, gərəkli addımlar atılmalıdır. Gəlin etiraf edək ki, bu məsələdə dövlət dəstəyi, dövlət sifarişi olmadan uğurlar əldə etmək az qala qeyri-mümkündür.

Bəstəkarlarla yanaşı, dramaturqların da teatrlarla əlaqəsi lazımi səviyyədə qurulmayıb.   Hesab edirik ki, təkcə Mədəniyyət Nazirliyi deyil, teatrların özü də yeni dram əsərləri üçün müsabiqələr təşkil edə bilər. Məsələn, Pantomimo teatrı, Kukla teatrı, Gənc Tamaşaçılar teatrı, Musiqili teatr, Opera və Balet teatrı, Akademik Dram teatrı məhz öz fəaliyyət istiqamətlərinə cavab verəcək  pyeslərin müsabiqəsini elan edə bilər. Müsabiqədə yer tutan pyeslər müvafiq teatrların repertuar planına daxil ola bilər. Əlbəttə, bu, çox müsbət nəticələr verə bilər və bundan həm dramaturgiyamız, həm də teatrlarımız qazanar.

Haşiyə. Buradaca, ədalət naminə, qeyd etməliyik ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə zaman-zaman müxtəlif mövzuları özündə ehtiva edən müsabiqələr keçirilib. Mühüm yerlər qazanan müəlliflər də az olmayıb. Amma, təəssüf hisssi ilə qeyd olunmalıdır, əksər teatrlar Nazirliyin bu təşəbbüsünə etinasız yanaşıblar. Məsələn,  dəfələrlə şahidi olmuşuq ki,  keçirilən müsabiqələrdə yüksək yer tutan,  mükafatlandırılan, teatrlarda səhnələşdirilməsi tövsiyə edilən dram əsərlərinə quruluş verilməyib.  Həm də bu cür “təsadüfi hallar” az olmayıb.

Əlbəttə, yeni dövr teatrının  konkret tərifini ənənəvi  postulatlarla ifadə etmək çətindir. Amma bir məsələni xüsusilə vurğulamaq vacibdir ki, müasir teatr  pafos və moralizmdən uzaq olmalıdır. Bu teatr özündə vacib ənənəvi paradiqmaları ehtiva etməklə yanaşı,  müasir dövrün sosial tələblərini qarşılamağı bacarmalıdır. Səhnə - baş verən teatral hadisə ilə zal arasında bir bağ, bir körpü, bir rabitə rolunu oynamalıdır.

Teatrlara qayğı göstərilir, akyorlar maaşla təmin edilir. Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət əlindən gələni əsirgəmir. Əlbəttə, bunlar çox təqdir edilməli fakt və faktorlardır. Amma, belə hesab edirik ki, dövlət təkcə əbədi donor rolunu oynamalı deyildir. İqtisadi münasibətlərin (buna bazar münasibətləri də deyirlər) indiki mərhələsində teatrlar da dövlətin büdcəsinə öz töhfəsini verməlidir.

Hal-hazırda bir çox ölkələrdə antreprizlər də uğurlu nəticələr əldə etməkdədir.  Müxtəlif teatrlarda çalışan aktyorların  hansısa bir tamaşada iştirakı  bir çox hallarda uğulu  antreprizlərın alınmasına səbəb olur. Bizdə antreprizlər yox səviyyəsindədir. Əlbəttə, bu seçim, bu layihə  yalnız  rejissorun təşəbbüsü ilə realizə olunur.

Bildiyimiz kimi, bütün dünyada  ayrı-ayrı adamların, qurumların və ya qrupların təşəbbüsü ilə yaradılan özəl teatrlar yüksək göstəricilər əldə etməkdədir. Təəssüf ki, bizdə bu cür teatrlara hələ də   “özfəaliyyət” kimi  yanaşırlar və bir çox hallarda həmin qurumlar məhz elə bu cür, yəni “özfəaliyyət” kimi  fəaliyyət göstərir. Əslində belə olmamalıdır. Müvafiq strukturlar, QHT-lər özəl teatrların inkişafına qaygı göstərməlidir. Bunun üçün həmin teatrlara qrantlar ayrılmalı, onların texniki təchicatla təmin olunmasına diqqət yetirilməlidir.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki,  zamanında Azərbaycan incəsənətinin politrasına yeni rənglər əlavə etmiş Kamera teatrı, Gənclər teatrı bir neçə il öncə öz fəaliyyətini dayandırmışdır... İncəsənət daim yeniliyə can atan canlı orqanizmdir. Belə hesab edirik ki, bu yeniləşmə həm də daxili resurslar və milli ənənələr zəminində inkişaf etməlidir. Teatrlar da bu prosesdən kənarda aqala bilməz. Bu gün Azərbaycanda fərqli politraya malik Yuğ və yaxud Kamera teatrı fəaliyyət göstərir. Bunlar təqdir olunmalı reallıqdır.

Bir çox ölkələrdə repertuarını yalnız milli nağıl və epos süjetləri əsasnda  quran teatrlar mövcuddur.  Bizim milli mədəniyyətimizdə və ədəbiyyatımızda da nağıllar və dastanlar mühüm yer tutmaqdadır. Belə zənn edirik ki, bu tipli sənət ocaqlarının, habelə meydan teatrlarının yaradılması barədə ciddi şəkildə düşünmək olar. Artıq qeyd olunduğu kimi, bir çox teatrların mütləq dövlət büdcəsi hesabına yox, ictimai dəstək hesabına fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Bu məsələdə mədəniyyət sferalarının inkişafına qayğı göstərə biləcək sponsorların və teatral şəxslərin mövcud qanunlar çərçivəsində verginin müəyyən güzəştləri ilə təmin olunması da nəzərdən keçirilməlidir.

Yeni teatr  yeni stil, yeni mövzu, yeni kolorit  və yeni texnologiya ilə çulğaşmalıdır. Bir qədər pafoslu səslənsə də, deməliyik ki, texnologiya öz yerində,  müasir dramaturgiyada, yəni tamaşaya qoyulan əsərlərdə yüksək insani ideallar əks olunmalıdır.

Və nəhayət. Belə hesab edirik ki, bu gün teatr sənətinin təbliğ və təşviqi üçün  xüsusi  nəşrin- jurnal, dərgi, toplu və yaxud məcmuənin çapına ehtiyac duyulur.   

Firuz Mustafa,
Əməkdar İncəsənət xadimi,
AYB Dramaturgiya bölməsinin rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see187

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see146

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see120

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see118

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see117

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see115

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see115

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see114

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see114

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see113

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see113

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see113

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

23 İyun 2025 14:35see112

“Mançester Siti” “Əl Əyn”ni darmadağın etdi

23 İyun 2025 07:18see112

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see111

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see110

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri