Icma.az
close
up
RU
Azərbaycan folklorşünaslığının aktual problemləri müzakirə edilib

Azərbaycan folklorşünaslığının aktual problemləri müzakirə edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 oktyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının növbəti iclasında bir sıra mühüm elmi və elmi-təşkilati məsələlər müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər “Azərbaycan folklorşünaslığının müasir problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Professor çıxışında Azərbaycan folklorşünaslığının qarşısında duran əsas elmi və praktik məsələlərdən danışaraq, folklor materiallarının toplanması, sistemləşdirilməsi və arxivləşdirilməsinin vacibliyini vurğulayıb: “Folklor materiallarının yalnız toplanması ilə kifayətlənmək olmaz, onların arxivləşdirilməsi və düzgün kataloqlaşdırılması gələcək tədqiqatlar üçün dəyərli mənbə formalaşdıracaq.”

Əfzələddin Əsgər aşıq yaradıcılığı nümunələrində müəlliflik məsələsinə də toxunaraq qeyd edib ki, bəzi nümunələr yanlış şəkildə fərdi müəlliflərə aid edilir. O, bu yanaşmanın elmi-nəzəri baxımdan qeyri-dəqiqliyə səbəb olduğunu bildirərək vurğulayıb ki, aşıq yaradıcılığı nümunələri yazılı və şifahi ənənələr kontekstində təhlil edilməlidir: “Məsələn, Aşıq Abbasın deyil, “Aşıq Abbas” dastanının şeirləri, yaxud Qurbaninin deyil, “Qurbani” dastanının şeirləri demək daha doğrudur.”

Professor, həmçinin yeni nəsil tədqiqatçıların yetişdirilməsində dissertasiya mövzularının düzgün müəyyənləşdirilməsinin əhəmiyyətinə diqqət çəkib: “İlk növbədə dissertasiya mövzusunun doğru-düzgün seçilməsi, elmi rəhbərin mövzuya uyğun təyin edilməsi və işə sistemli yanaşma keyfiyyətin əsas təminatıdır”.

Folklor nümunələrinin toplanması zamanı üzə çıxan problemlərə toxunan Əfzələddin Əsgər bəzi janrlar üzrə çoxsaylı variantların, digərlərində isə demək olar ki, heç bir variantın olmamasını bu sahənin əsas çətinliklərindən biri kimi qeyd edib. Alim vurğulayıb ki, nəzəri məsələlərlə yanaşı, təcrübi işlərin, xüsusilə də folklorun toplanması vacibdir: “Bu gün deyilən fikir beş il sonra köhnəlir, amma əbədi olan Azərbaycan xalqının folklorudur. Bütün diqqətimizi onun elmi şəkildə toplanmasına və arxivləşdirilməsinə yönəltməliyik”.

Məruzə ətrafında çıxış edən filologiya elmləri doktoru Səfa Qarayev folklorşünaslıq tədqiqatlarında nəzəri-metodoloji yanaşmanın vacibliyini qeyd edib. O, nəzəri prinsiplərin tətbiqi olmadan folklor materiallarının sistemli şəkildə toplanmasının və elmi dəyərinin təmin edilməsinin çətin olduğunu vurğulayıb.

Alim folklor nümunələrinin toplanması prosesində saxtalaşdırma hallarına da toxunub. Bəzi hallarda söyləyicilərlə bağlı məlumatların qeyri-dəqiqliyinin sonrakı mərhələlərdə problemlər yaratdığını qeyd edərək bildirib ki, akademik folklorşünaslıq üçün söyləyicinin sosial-peşə mənsubiyyəti, gender tipi və mədəni mühitlə bağlılığı mühüm əlamətlərdir: “Bizim məqsədimiz estetik və ya etik prinsiplərə cavab verib-verməməsindən asılı olamayaraq folklor nümunələrini toplamaqdır. Məqsədimiz “gözəl” nümunələri toplamaq deyil, tədqiqat üçün material əldə etməkdir. Folklorun daxilində söyüşlər, qeyri-etik ifadələr, neqativ davranış nümunələri də ola bilər, lakin bunlar insan psixologiyasını və sosial davranışı anlamaq baxımından mühüm mənbələrdir”.

Professor Füzuli Bayat isə çıxışında Azərbaycan folklorşünaslığının müasir problemlərinin həm nəzəri, həm də praktik aspektləri əhatə etdiyini vurğulayıb. O, ifa və icra prosesləri arasındakı dialektik münasibətlərdən danışaraq, toplama və arxivləşdirmə işlərinin bu gün yeni mərhələyə qədəm qoyduğunu qeyd edib: “Azərbaycan folklorşünaslığında ən çox gücləndirilməsinə ehtiyac duyulan istiqamətlərdən biri nəzəri-metodoloji baza ilə bağlıdır. Xüsusilə yeni elmi yanaşmaların və müasir baxışların tətbiqi vacibdir. Reallıq odur ki, toplama işi çox zaman tədqiqatdan öndə gedir”.

Alim folklorun motiv və süjetlərinin kataloqlaşdırılmasının vacibliyini qeyd edərək bu sahədə 140 illik elmi ənənə olduğunu xatırladıb. O, eyni zamanda folklorun tədqiqində multidisiplinar yanaşmanın – dinlər tarixi, psixologiya və sosio-linqvistika kimi sahələrin birgə tətbiqininin zəruririliyini qeyd edib. Alim çıxışının sonunda Elmi şura iclaslarında nəzəri mövzulara həsr olunmuş məruzələrinin müzakirəsinin davam etdirilməsini, gələcəkdə daha konkret və spesifik məsələlərin üzə çıxarılmasının əhəmiyyətli olduğunu deyib.

Çıxışının sonunda professor Füzuli Bayat Elmi şuranın növbəti iclaslarında nəzəri mövzulara həsr olunan müzakirələrin davam etdirilməsinin və daha konkret, spesifik məsələlərin diqqət mərkəzinə gətirilməsinin vacibliyini vurğulayıb.

Məruzə ilə bağlı müzakirənin sonunda çıxış edən Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, bu gün folklorun yalnız toplanması deyil, həm də onun təhlil və interpretasiyası mərhələlərində müasir beynəlxalq təcrübənin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Alim vurğulayıb ki, rəqəmsal transformasiya proseslərinin nəzərə alınması, informasiya-kommunikasiya texnologiyalarının elmi tədqiqatlara inteqrasiyası, strukturlaşdırılmış milli rəqəmsal folklor databazasının arxitekturunun qurulması, həmçinin bu bazanın intellektual analiz imkanlarının formalaşdırılması və inkişaf etdirilməsi müasir folklorşünaslığın prioritet istiqamətlərindən biridir.

Hikmət Quliyev onu da bildirib ki, folklorun həm real, həm də virtual mühitdə təzahür edən sosial-mədəni proseslər kontekstində araşdırılması bu folklorşünaslığın predmet sərhədlərini genişləndirir. Bu, folklorun yalnız mədəni irs kimi deyil, ictimai davranış modelləri, yaddaş strukturları və rəqəmsal kommunikasiya formaları ilə qarşılıqlı əlaqədə dinamik bir sistem kimi öyrənilməsinə imkan yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri