Icma.az
close
up
RU
Azərbaycan təhlükəsizlik düzənində təşəbbüs mərkəzidir

Azərbaycan təhlükəsizlik düzənində təşəbbüs mərkəzidir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Forumunda qlobal təhdid və risklərin neytrallaşdırılması yolları axtarılır

Bu gün Azərbaycan paytaxtı dünyanın yenidən qurulmaqda olan təhlükəsizlik arxitekturasının əsas koordinatorlarından birinə, aparıcı dövlətlərin çarpaz maraqlarının kəsişmə nöqtəsinə çevrilib – desək, mübaliğəyə yol vermiş olmarıq. Bakıda formalaşan yeni təhlükəsizlik platforması həm regional, həm də beynəlxalq güclərin diqqət mərkəzindədir. Küləklər şəhəri, bir növ, strateji dialoqların, yeni əməkdaşlıq mexanizmlərinin və təhlükəsizlik konsepsiyalarının müzakirə edildiyi tribuna, qlobal laboratoriya funksiyasını öz üzərinə götürüb.

Məhz Azərbaycan Prezidenti İlham Əliyevin bir il əvvəl irəli sürdüyü təşəbbüslə daimi əsaslarla keçirilən Bakı Təhlükəsizlik Forumu müxtəlif qitələrdən gələn dövlət və xüsusi xidmət qurumlarının rəhbərlərini, təhlükəsizlik ekspertlərini və siyasətçiləri bir araya gətirən beynəlxalq platforma statusu qazanıb. Forum, eyni zamanda, ölkəmizin təşəbbüskar mövqeyinin, qloballaşan dünyada risklərin idarə olunması və qarşısının alınması sahəsində qazandığı təcrübənin, ilk növbədə, regional sabitliyə verdiyi dəyərli töhfənin nümayişinin fürsət meydanı oldu.

Elə tədbirin adı çox şeydən xəbər verir. Bunun fonunda dövlət başçımızın III Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində səsləndirdiyi tezisləri xüsusi prizmadan qəbul etmək lazımdır. Onun ayrı-ayrı təfərrüatlarına nəzər salmazdan əvvəl qeyd etmək yerinə düşər ki, hazırkı forumun müzakirə etdiyi məsələlər, əslində, Azərbaycan paytaxtında daha əvvəl keçirilmiş beynəlxalq konfransların gündəliyini tamamlamış sayılır.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd etdiyi kimi, dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir: “Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur”.

Dövlət başçımız müasir dövrdə qlobal təhdidlərə sipər çəkmək, problemləri həll etmək üçün yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını zəruri saydığını nəzərə çatdırdı: “Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq”.

Həqiqətən də Bakı Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının axtarılması və tapılması baxımından nadir formata malik beynəlxalq platformadır.

* * *

Danılmaz həqiqətdir ki, Azərbaycan müstəqillik qazandığı gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Əlbəttə ki, həm bölgədə, həm də dünyada sabitliyə və tərəqqiyə yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Ölkəmiz yerləşdiyi strateji bölgədə – Cənubi Qafqazda sülhün bərqərar olması, sabitliyin təmin edilməsi üçün həmişə konstruktiv addımlar atılmasının tərəfdarı olub. Bu zaman əsas hədəflərdən biri, Ermənistan daxil olamqla, region ölkələri ilə qarşılıqlı etimada, təhlükəsizliyə və reallığa əsaslanan yeni münasibətlər sisteminin qurulmasıdır. Rəsmi Bakının məhz bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Yeri gəlmişkən, avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə regionda yeni təhlükəsizlik mühiti formalaşdırdı. Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad üzərində əldə olunan bu sənəd Cənubi Qafqazda davamlı sülh və sabitliyin bünövrəsini qoymuş oldu. Bakı bu prosesin yönverici tərəfi olaraq region ölkələri arasında əməkdaşlıq formatlarını təşviq edir, iqtisadi və nəqliyyat layihələrinin təhlükəsizliyini təmin edən tədbirləri gücləndirir. Eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanlarının yaradılmasına əvəzsiz töhfələrini verir.

Əslində, Bakı konfransı Azərbaycanın beynəlxalq təhlükəsizlik gündəliyinin formalaşmasında mərkəzi oyunçuya çevrildiyini göstərir. Bu məqam dövlətimizin başçısının forum iştirakçılarına ünvanladığı müraciətində aşkar duyulur. Müraciətdə yer alan mesajlar milli maraqların qorunmasına fokuslanmaqla yanaşı, qlobal təhdidlərə qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə yönəlib. Etiraf edək ki, bu, Azərbaycanın Cənubi Qafqazda lider rolunu daha da möhkəmləndirən bir yanaşmadır. Bakı Təhlükəsizlik Forumu həm də Azərbaycanın beynəlxalq diplomatik platforma kimi artan nüfuzunu və gücünü ortaya qoydu. Burada səslənən fikirlər yalnız lokal deyil, beynəlxalq təhlükəsizlik müstəvisində rezonans doğurdu. Bakı bu konfransla Qlobal Cənub, Avropa və Asiya gücləri arasında körpü rolunu oynadığını bir daha təsdiqlədi. Təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi Azərbaycanın sülh və sabitlik təşəbbüslərinin davamlı olduğunun göstəricisidir. Prezidentin çıxışlarında dəfələrlə vurğuladığı kimi, sülh yalnız güc və prinsipial mövqe əsasında təmin oluna bilər. Bu baxımdan konfrans Azərbaycanın xarici siyasətində həm realist, həm də proqnozlaşdırıla bilən xəttə sadiq olduğunu ortaya qoydu.

* * *

Konfransla bağlı xüsusi qeyd edilməli məqamlardan biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılığı ilə nümayəndə heyətinin Bakı Təhlükəsizlik Forumunda iştirak etməsidir. Bu məqamı avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında yaranan əməkdaşlıq və etimad mühitinin formalaşmağa başlamasının təzahürü kimi qəbul etmək lazımdır.

III Bakı Təhlükəsizlik Forumu sübut etdi ki, Azərbaycan yalnız öz sərhədlərini qoruyan dövlət deyil, həm də dünyanın təhlükəsizlik arxitekturasına önəmli töhfə verən gücdür. Bu mənada forum Azərbaycanın beynəlxalq arenadakı müsbət imicinə əlavə çalar qazandırmış oldu. Bu tədbir ölkəmizi, sadəcə, regional deyil, qlobal təhlükəsizlik debatlarının ayrılmaz hissəsinə çevirdi. Dövlət başçımızın müraciətində vurğuladığı mesajlar bu uğurun daha da möhkəmləndiyindən xəbər verir.

Bakıda keçirilən növbəti konfransın iştirakçıları – bütün qitələrdən təşrif buyurmuş, müxtəlif ölkələri təmsil edən kəşfiyyat orqanlarının rəhbərləri və sahə ekspertləri bu platformanın müasir təhlükəsizlik tendensiyalarının formalaşdırılması üçün önəmli diskussiya meydanına çevrildiyinə əyani şəkildə əmin oldular.

Sonda onu da qeyd edək ki, III Bakı Təhlükəsizlik Forumu Azərbaycanın qlobal çağırışlarla üzləşmiş dünyanın yeni geosiyasi reallığında artan gücünü, mövqeyini və strateji əhəmiyyətini bir daha təsdiqləyən hadisə kimi çağdaş tariximizin salnaməsinə yazıldı.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Cənubi Qafqaz “böyük güclər”in maraqlarının toqquşduğu məkandır. Bölgəni iki tərəfdən Rusiya və İran kimi dünyada öz rollarının artırılmasını tələb edən ölkələrin əhatə etdiyini nəzərə alsaq, bu amil təbii olaraq, regionda balansı qoruyub saxlamaq, təhlükəsizliyi təmin etmək olduqca mürəkkəb bir məsələyə çevrilir. Bu məsələ məhz Azərbaycana söykənərək öz həllini tapmaqdadır. Çünki bizim ölkəmiz bölgədə həm hərbi, həm iqtisadi, həm də əhalisinin sayına görə aparıcı dövlətdir. Regionun təhlükəsizliyinə uzun müddət təhdid yaradan Ermənistan–Azərbaycan münaqişəsini məhz Bakı bu qarşıdurmanı beynəlxalq hüquq çərçivəsində həll edərək, özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə Ermənistana sülhə sövq etməyə nail oldu. Buna görə Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi çıxış edir.

Düşünürəm ki, gələcəkdə də bölgənin təhlükəsizliyi Azərbaycanın maraqları nəzərə alınmaqla təmin oluna bilər. Qarşıda böyük planlar var. Orta Dəhlizin formalaşması ilə bağlı məsələ Avropa İttifaqının, Çinin və ABŞ-ın da bu bölgəyə maraqlarını birə-beş artırır. Aydın məsələdir ki, təhlükəsizliyə təminatın olmadığı yerdə heç bir böyük layihə reallaşa bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan həm bu layihənin gerçəkləşməsində, həm də onun təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir və bunu uğurla həyata keçirir.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri