Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib Yeni Gündəm
Icma.az, Yenigundem saytına istinadən bildirir.
Noyabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə Məclis üzvləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri iştirak ediblər.
Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyində duran bir sıra təşkilati məsələlər ətraflı müzakirə edilib.
İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı səsvermə yolu ilə qərarlar qəbul edilib.
Keçirilmiş səsvermədə Tehranağa Abdullayev Respublika Komitəsi sədrinin birinci müavini, Turanə Kərimova sədr müavini vəzifələrinə seçiliblər.
İclasın sonunda cari işlər və gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb, məclis üzvlərinin sualları dinlənilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda Respublika Komitəsinin sədri Araz Paşayev yeni seçilən sədr müavinlərinə və Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















