Icma.az
close
up
RU
Azərbaycan təhsili hara gedir? Rəqəmsal çağın tələbləri və real vəziyyət

Azərbaycan təhsili hara gedir? Rəqəmsal çağın tələbləri və real vəziyyət

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Azərbaycanda təhsil sisteminin ən çox müzakirə olunan məsələlərindən biri – müəllimlərin yeni iş modeli – cəmiyyətin müxtəlif təbəqələrində ciddi suallar doğurub. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar hər nə qədər keyfiyyətin yüksəldilməsinə hesablanmış olsa da, süni intellekt dövrünün reallıqları fonunda “müəllimin 9:00–18:00 rejimində məktəbdə qalması” təklifi təhsilin əsas mahiyyəti, dünya təcrübəsi və rəqəmsal çağın tələbləri ilə nə dərəcədə uzlaşır?

Bu müzakirələrin fonunda professor Saleh Məmmədovun irəli sürdüyü fikirlər bir məsələni aydın şəkildə ortaya qoyur: müasir təhsil uzun saatlarla fiziki olaraq məktəbdə qalmaqla deyil, çevik, texnologiya əsaslı və süni intellektin imkanlarından maksimum yararlanmaqla inkişaf edir. Dünyanın qabaqcıl ölkələrində müəllim üçün sərhəd artıq yoxdur – o, dərsini istəsə ABŞ-da, növbəti saatda Yaponiyada, günün sonunda isə Finlandiyada belə keçə bilər. Şərt bircə şeydir: texnologiyaya sahiblənmək.

Professorun təqdim etdiyi təhlil təkcə iş saatları ilə bağlı deyil. O, həmçinin Azərbaycan təhsilində illərdir mövcud olan ən ciddi problemi – rəqəmsal savadsızlıq, zəif texnoloji infrastruktur və elmi potensialın azalması kimi faktları da qaldırır və qeyd edir ki, bu sahədə dönüş etmədən iş rejimini dəyişmək gözlənilən nəticəni verməyəcək.

Moderator.az professor Saleh Məmmədovun geniş analitik şərhini təqdim edir:
Xeyli vaxtdır ki, məktəblərdə müəllimlərin iş rejiminin təkmilləşdirilməsi haqqında müzakirələr gedir. Təbii ki, Təhsil nazirliyinin bütün cəhdləri təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir və son tədbirlər xeyli effect verir. 


Amma süni intellect erasında Azərbaycan məktəblərində müəllimlərin 9:00–18:00 rejimində işləməsi ideyası, dünya təcrübəsi və süni intellekt dövrünün tələbləri ilə müqayisədə səmərəlilik baxımından ciddi suallar doğurur. Ən qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, uzun saatlar məktəbdə qalmaq deyil, çevik və texnologiya əsaslı iş modeli daha effektivdir. Texnologiyaya bələd müəllim üçün sərhəd yoxdur, sabah ABŞ-da dərsini versin, gündüz Yaponiyaya keçsin, axşam isə Finlandiyada və ya Avstraliyaya yollansın. Əsas problem müəllimlərin texnologiyayaya nə qədər sahib çıxa bilməsindədir. Burada isə hələ də böyük  problemlər var. Müəllimlərin xeyli hissəsi nəinki orta məktəblərdə, hətta universitetlərdə (rəhbər kadrlar daxil) müasir süni intellect dövrünün əlifbası olan kompyüterdən istifadə bacarığına malik deyil, kompyüter dillərini isə heç bir-iki faizi də bilmir. Kompyüterdən istifadə edə bilməyən müəllimin, professorun təhsil ocağında nə işi var? Azərbaycan dilinin əlifbasını bilməyən bir şəxsə Azərbaycan dilini öyrətməyi necə etibar etmək olar (eyni oxşar hadisədir). Nə qədər parodaksal görünsə də belə hallar Azərbaycanda on minlərlədir. 


İş rejimiinə qayıdaq və bir sıra qabaqcıl ölkələr üzrə bençmark müqayisəsinə baxaq (Bax Sxemə).
 Süni intellekt dövründə təhsilin yeni tələbləri
• Distant iş modeli müəllimlərə daha çevik və məhsuldar işləmək imkanı verir.
• SI əsaslı tədris platformaları (məsələn, adaptiv öyrənmə, avtomatik qiymətləndirmə) müəllimin fiziki varlığını kompensasiya edə bilir.
• Məktəblərin infrastruktur problemi (kompüter, otaq, stul çatışmazlığı) 9–18 rejiminin effektivliyini ciddi şəkildə azaldır (Azərbaycanın bütün məktəblərində var bu problem).
• Distant təhsil həm müəllim, həm də şagird üçün daha inklüziv və fərdiləşdirilmiş tədris imkanı yaradır.
 Azərbaycan şəraitində risklər və alternativlər
Risklər:
• Məktəblərin fiziki şəraiti bu rejimə uyğun deyil.
• Müəllimlərin motivasiyası azalacaq və psixoloji yükü artacaq.
• Distant və hibrid imkanlar nəzərə alınmadan tətbiq edilən rejim səmərəsiz ola bilər.
Alternativlər:
• Müəllimlər üçün SI əsaslı distant iş platformalarının yaradılması
• İnfrastrukturun gücləndirilməsi: kompüter, otaq, ergonomik mebel
• Sinqapur modeli: müəllimlərə dövlət hesabına xarici staj imkanları
• Finlandiya modeli: müəllimə etimad, az bürokratik yük, çevik iş saatları, azad 


Tövsiyyə


Azərbaycan təhsil sistemində müəllimlərin iş səmərəliliyinin artırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi olduqca zəruridir:
1. Süni intellect, xüsusilə yaradıcı süni intellect elementlərinin geniş tətbiqi, bütün təhsil ocaqlarında ibtidai sinifdən, hətta uşaq bağçalarında, tədrisin yaradıcı süni intellect alətləri vasitəsi ilə keçirilməsi (artıq UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi - BMDM və Bakı Mühəndislik Universiteti -ndə  pilot layihə olaraq bu proses başlamışdır), bütün ölkə boyu kütləvi rəqəmsal savadsızlığın aradan qaldırılması üçün geniş miqyaslı təlim proqramlarının təşkili. Bunun üçün isə birinci növbədə müəllim-professor heyyətinin öyrədilməsi vacibdir. Süni intellekti, rəqəmsal texnologiyaları, kompyüterdən istifadəni bacarmayan müəllim, professor auditoriyaya buraxılmamalıdır. Bir Sinqapurlu uşaq bağçası şağirdi kompyüterdən  bir çox Azərbaycan professorundan daha yaxşı istifadə edə bilir.  Yaradıcı süni intellect proqramları bu gün tələbə və şagirdləri Nobel mükafatçısı səviyyəsində öyrədə bilir. İstənilən şərtlərə bunlar hazırdır. Bu qədər repitotarlara xərc çəkmək, yol qət etmək, məsləhətçi tutmağa ehtiyac yoxdu. Sadəcə əhalini, şagirdləri bu proqramlardan istifadə etməyə öyrətmək lazımdır. Bu yalnız müəllimlər  üçün deyil, çobandan tutmuş akademikə qədər hər kəs üçün çox vacibdir. Bu proqramlar (Copilot, Chat-GPT, Grok Aİ, Gemini, Deepseek və s) Bu sənə istənilən fənndən fərdi dərs keçə bilər, tibbi məsələhət verə bilər, tarix, yüzlərlə dil  öyrədə bilər, kitab yazmağa, dissertasiya işləməyə kömək edə bilər, müəllim  əvəzi dərs keçə bilər, dərslik, proqram, tədris planı, məsələlər  təşkil edə, rəy, məktub, ümumiləşdirmə, hesabat, şeir, povest, hekayə, ssenari və s.  yaza, bilər, mürəkkəb riyazi modellər qura bilər, qısacası, həyatda nə çətinliklə qarşılaşsan, mütləq kömək edəcək, elə kömək ki, Azərbaycanda o səviyyədə kömək göstərənalim, professor, mütəxəssis  tapmaq mümkün deyil. Təəssüflər olsun ki, inkişaf etmiş ölkələrdə bu texnologiyalardan  demək olar ki, hamı istifadə edir, bizdə isə zənn edirəm istifadəçilərin 10%-ə çatmır. 


2. Bütün təhsil ocaqlarında və distant təhsil imkanlarını genişləndirmək lazımdır. Pandemiyadan sonra hörmətli nazirimiz və təhsil institute elan etdi ki, hibrid təhsil olacaq, bu çox mütərəqqi tədbir kimi qəbul olundu və əksəriyyət tələbələr tərəfindən çox yüksək qarşılandı. Sonralar nə baş verdisə, demək olar ki, distant təhsilə qəti qadağa qoyuldu. Mənə elə gəlir ki, rəqəmsal texnologiyalardan və süni intellektdən xəbəri olmayan hansısa məmur bu işə mane oldu, bu da təbiidi, çünki, bir işin mahiyyytini başa düşmədən onu necə qəbul etmək olar… Məsələ belədir: bütün dünya və eləcə də Azərbaycan 1995-98-ci illərdən rəqəmsal keçid elan etdi və proses artıq başa çatmışdır. 2023-cü ildən dünya Süni intellect erasına daxil olmuşdur. Bu o deməkdir ki, bütün işlər əsasən kompyüterdə yerinə yetirilir. Virtualda, kompyüterdə isə sərhəd yoxdur, məkan birləşmişdir. 10 min km-dən də bir metrlik məsafədən də  hər şey eyni görünür. Əgər bütün işlər kompyüterdə həyata keçirilirsə, tələbəni də kompyüterdə öyrətməlisən, başqa cür effekti olmayacaq. Pandemiya dövrü tələbələr texnologiyanı daha yaxşı bilirdi, nəinki, indi. Keçən beş il texnoloji inkişafı xeyli geri atdı ki, bu da sürətli texnoloji inkişaf şəraitində cəmiyyət üçün çox böyük itkidir. Universitetlərdə texnoloji təminat çox aşağıdır. Hər universitetdə  təxminan 50 qrupa bir laboratoriya otağı düşür. Hibrid təhsil yalnız cəmiyyətin texnoloji bilik səviyyəsini qaldırmaq üçün deyil, həm də böyük vaxt, material, yanacaq, maliyyə itkisinin qarşısını alır, korrupsiyaya ağır zərbə vurur, ekologiyaya böyük fayda verir, tıxacları demək olar ki, xeyli azaldır. Elə tələbə və ya müəllim var ki, gündə yolda 3-4 saat vaxt itirir. Elə tələbələr var ki, Şabrandan, Qobustandan, Qaradağdan və s gəlir-gedir. Nəticə: kompyüterdən ayrılıb gəlib Bakıda yazı taxtasında quru auditoriyada kompyüterdə iş öyrənmək üçün???


3. Məktəb infrastrukturunu gücləndirmək, və müəllimlərin peşəkar inkişafına sərmayə qoymaq daha strateji və dayanıqlı yanaşmadır. Sovet sistemi dağıldıqdan sonra müəllimlərin ixtisası artırma prosesi, doktorantların hazırlanması, elmi kadrların yetişdirilməsi, ümumiyyətlə, unudulmuş hala çevrilmişdir. Davamlı ixtisas artırma təhsilin vacib elementlərinə çevrilməlidir. Elmi-texnoloji inkişaf şəraitində informasiya axını o qədər sürətlə gedir ki, hər ildə müəllim bir neçə kurs keçməsə yeniliklərə sahib çıxa bilməz. Bunun üçün hər bir müəllim üçün qrafik tutmaq və Sovet dövrü kimi beş ildən bir deyil, heç olmasa iki ildən bir dövlət hesabına ixtisas artım kursları keçmək lazımdır (həm də mütləq inkişaf etmiş xarici ölkələrdə), yüzə yaxın yeni formalaşmış elmlərin tədqiqi və kadr hazırlığı lazımdır. Elmi orta məktəblərə gətirmək, məktəblərdə beşinci sinifdən seçmə üsulu ilə qlmi qruplar formalaşdırmaq, elmi laboratoriyalar qurmaq  zəruridir. Məktəb və universitetlərin maddi-texniki bazasını, elmi laboratoriya və konstruktor bürolarını, süni intellekt və proqramlaşma startaplarını yaratmaq zəruridir. İnsan cəmiyyəti yeni evolyusiya fazasına daxil olur ki, burada hər şey elmi həll üsullarını tapa bilir. Elmsiz bir addım da irəli getmək mümkün deyil. 


SOS FAKTLAR: 


1. 2024-cü ildə Müstəqil Azərbaycanın elm xərcləri 1980-ci ildəki Sovet Azərbaycanının elm xərcləri təqribən 4 dəfə, patentlərin sayı 15 dəfə, elmi işçilərin sayı 20% azalmışdır. 2026-cı ilin büdcə layihəsində elm xərclərinin əvvəlki ilə nisbətən 10 milyon manat azalması planlaşdırılır, yəqin ki,   belə də qəbul olunacaq, çünki, heç kimdən buna etiraz yoxdur. 


2. Qonşu və digər ölkələrlə müqayisədə Azərbaycanın adambaşına  elm xərcləri çox aşağıdır, bu heç 19 minlik elmi kollektivin müavinət haqqını ödəmir. 
1. Israel- 3444 ABŞ dolları
2. Singapur- 1835 
3. Cənubi Koreya -1778
4. Gürcüstan – 26
5. Ermənistan -16
6. Qazağıstan - 18
7. Azerbaijan-14   


Ərazisi Azərbaycandan 4 dəfə kiçik, əhalisi isə eyni olan bir İsrailin elm xərcləri Azərbaycanın elm xərclərindən 236 dəfə, 57 müsəlman ölkələrinin hamısının birlikdə elm xərclərindən isə 70% çoxdur. Bu ölkənin dayanıqlı inkişafı baxımdan çox təhlükəli tendensiyadır. Ölkələrin maddi imkanları baxımından Azərbaycan və Qazağıstan ən imkanlı ölkələrdir. "

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri