Icma.az
close
up
RU
Azərbaycan təhsilində yeni metodik sistem qurulur Elnur Əliyev

Azərbaycan təhsilində yeni metodik sistem qurulur Elnur Əliyev

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanda uzun illər fəaliyyət göstərən köhnə metodik kabinetlərin məktəblərə effektiv metodik dəstək göstərmədiyi müəyyən edildikdən sonra onların əvəzinə yeni model yaradılıb. 

Milli.Az xəbər verir ki, bunu "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar"  adlı elmi-praktiki beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, araşdırma göstərib ki, illərlə təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərən metodik kabinetlər məktəblərə real metodik dəstək verməkdə çətinlik çəkib. Kabinetlərdə orta hesabla 5 nəfər çalışsa da, onların bir hissəsi müəllimlərlə işləməyə hazır olmayıb. 

E.Əliyev söyləyib ki, məktəblərdə ictimai əsaslarla fəaliyyət göstərən fənn metodik birləşmə rəhbərləri isə bu işi ödənişsiz, əsasən direktorların xahişi ilə könüllü şəkildə icra ediblər. Bu səbəbdən köhnə modelin effektiv olmadığı vurğulanıb.

Qeyd edib ki, mövcud vəziyyətin qənaətbəxş olmadığı müəyyən edildikdən sonra yeni struktur formalaşdırılıb. 

Vurğulayıb ki, modelin əsasını Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi təşkil edir. Burada beynəlxalq təcrübə öyrənilir, metodik dəstəyin tətbiq mexanizmləri araşdırılır.

Nəzərə çatdırıb ki, yeni model çərçivəsində üçsəviyyəli metodik dəstək sistemi yaradılıb:

"Baş metodistlər komandası. Onlar Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən, araşdırma və məzmun hazırlığı bacarıqlarına malik aparıcı mütəxəssislər. Regional aparıcı metodistlər. Köhnə metodik kabinetlərin əvəzinə regionlarda və Bakıda formalaşdırılıb. Məktəb səviyyəsində metodistlər. Onlar isə hazırda təxminən 400 məktəbdə müəllimlərlə birgə çalışaraq yerində metodik dəstək göstərirlər".

E.Əliyev vurğulayıb ki, metodistlərin əsas vəzifəsi məktəblərdə qarşılıqlı öyrənmə mühitinin qurulması və müəllimlərin peşəkar inkişafına dəstək verməkdir:

"Yeni modeldə metodistlərin seçimi sərt meyarlarla aparılıb. Bu vəzifəyə yalnız Sertifikatlaşdırma İmtahanında 50 və daha yuxarı bal toplayan təcrübəli müəllimlər müraciət edə biliblər. Ümumilikdə 5000-dən çox müraciət arasından yalnız təxminən 350 nəfər seçilib".

Seçilmiş metodistlər 108 saatlıq ilkin təlim keçiblər. Aylıq toplantı və seminarlarla davamlı inkişaf imkanları əldə edirlə. Həmçinin bildirib ki, onlar əlavə vəzifə maaşı ilə təmin olunublar:

"Yeni modelin əsas hədəfi şagirdlərin öyrənmə keyfiyyətini yüksəltmək, müəllimə peşəkar və dayanıqlı dəstək göstərməkdir. Təhsil İnstitutu bildirir ki, sistemli metodik dəstək müasir məktəbin əsas istiqamətlərindən biri kimi davam etdiriləcək".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri