Icma.az
close
up
RU
Elnur Əliyev: Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə qoyuluşunu prioritetləşdirib

Elnur Əliyev: Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə qoyuluşunu prioritetləşdirib

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan yol, dəmir yolu, liman və hava nəqliyyatı infrastrukturuna sərmayə qoyuluşunu prioritetləşdirib.

BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişaf etməkdə olan Bazarlar Forumunda çıxışı zamanı deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, azad edilmiş ərazilərimizdə yeni hava limanları və s. buna misaldır. Füzuli, Zəngilan və Laçın daxil olmaqla yeni bölgələr ölkəmizin logistika xəritəsinə inteqrasiya edilir. Qeyd olunub ki, ölkəmiz gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına investisiya yatırır, bu istiqamətdə yeni texnologiyalar tətbiq olunur", - E. Əliyev bildirib.

E. Əliyev forumun "Çoxtərəfli dəhlizlər: Ticarət və nəqliyyat əlaqələrinin artırılması" mövzusunda panelində çıxış edib. Paneldə regional dəhlizlərin rəqabət qabiliyyətini və effektivliyini artırmaq sahəsində Azərbaycanın gördüyü işlər haqqında məlumat verilib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq və regional qurumlar çərçivəsində nəqliyyat və ticarət sahəsində qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirir. Türk Dövlətləri Təşkilatı (TDT), SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və region ölkələri ilə əməkdaşlıq üzrə bu istiqamətdə görülən işlər vurğulanıb.

Tədbirdə Azərbaycanın digər ölkələrlə investisiya işbirliyini genişləndirmək üçün həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, SPECA Çoxtərəfli Etimad Fondu, TDT çərçivəsində yaradılmış Türk İnvestisiya Fondu, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları sərhəd ticarətini dəstəkləmək, logistika infrastrukturunu müasirləşdirmək və prioritet layihələrin maliyyələşdirilməsinə yönəlib.

Tədbirin açılışında Türkiyənin ticarət naziri Ömər Bolat və İƏİT-nin baş katibi Matias Korman çıxış ediblər. Qeyd olunub ki, İƏİT tərəfindən bu mövzuda ilk dəfə təşkil edilən Forumun keçirilməsində məqsəd regional proqramların təsirini gücləndirmək, birgə prioritetlərə dair əməkdaşlığı təşviq etməkdir.

Panel iştirakçıları həmçinin, logistika, nəqliyyat və sənaye zonaları ilə əlaqəli birbaşa xarici investisiyalar üçün tətbiq edilən stimullar haqqında məlumatlandırılıb.

E. Əliyev Forumda iştirak çərçivəsində İƏİT-nin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb. Görüşdə ölkəmizin beynəlxalq qurumla əməkdaşlığının gündəliyində olan məsələlər barədə müzakirə aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Aprel 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri