Icma.az
close
up
RU
Azərbaycan tələbələri “Türk dünyası” III Beynəlxalq Tələbə Tamaşaları Festivalında iştirak ediblər

Azərbaycan tələbələri “Türk dünyası” III Beynəlxalq Tələbə Tamaşaları Festivalında iştirak ediblər

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 may, AZƏRTAC

Mayın 19-23-də Qazaxıstanın paytaxtı Almatı şəhərində “Türk dünyası” III Beynəlxalq Tələbə Tamaşaları Festivalı keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” ixtisası üzrə SABAH qrupuna daxil olan tələbələr bu festivalda iştirak ediblər. Azərbaycan kollektivi “Ən yaxşı kişi rolu” nominasiyasında mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, festival Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi tərəfindən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının himayəsi altında Temirbek Jurqenov adına Qazaxıstan Milli Rəssamlıq Akademiyası ilə birgə təşkil olunub. Festival çərçivəsində ustad dərsləri, yaradıcılıq görüşləri, dəyirmi masalar, tamaşalar və qala-konsertlər keçirilib.

Festivalda Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanın ali məktəblərinin tələbələri iştirak ediblər. Azərbaycan truppası U.Şekspirin pyesi əsasında hazırlanmış “Yay gecəsi yuxusu” tamaşasını təqdim edib. Tamaşanın kurs rəhbəri və rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılovdur. Aktyor sənəti üzrə müəllim Ruslan İsmayılovdur.

Mikayıl Mikayılovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Qazaxıstanda çox səmimi qarşılanıb.

“Bu kursun tələbələri ilk dəfədir ki, beynəlxalq festivalda iştirak edirlər. Bu, onlar üçün mühüm təcrübə və böyük sevincdir, həm də üfüqlərini və dünyagörüşlərini genişləndirmək imkanıdır. Çox yaxşı ki, gənclər bir-birini, onların ölkələrinin mədəniyyətini tanımağa şərait yaradacaq bu cür festivallarda iştirak edirlər. Üstəlik, bu festival Türk dünyası ölkələri üçün təşkil olunur və biz daim yaradıcı təmasda olmalıyıq, öz aramızda mədəni ünsiyyət saxlamalıyıq. Keçən il “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı Bakıda keçirilib. Dördüncü festival gələn il Türkiyənin İzmir şəhərində baş tutacaq”.

Rejissorun dediyi kimi, azərbaycanlı tələbələrin iştirakı ilə tamaşa tamaşaçılar tərəfindən çox yaxşı qarşılanıb. O əlavə edib: “Uşaqlar çox həyəcanlı idilər. Tanış olmayan səhnədə və xaricdə çıxış etmək böyük məsuliyyətdir, lakin onlar təcrübələri sayəsində bu yükün öhdəsindən gəldilər. Festivalın üç günü ərzində biz bir neçə tamaşaya baxdıq, onların hamısı fərqli idi, hər biri türk xalqlarının özünəməxsus mədəniyyətini vurğulayırdı. Bunu görmək bizim üçün vacib idi!”.

Festivalın sonunda bütün iştirakçılara diplom və medallar təqdim olunub. “Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafat Azərbaycan komandasının təmsilçisi Rahib Allahquliyevə təqdim olunub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri