Icma.az
close
up
RU
ADMİU “Türk Dünyası” festivalında qalib FOTO

ADMİU “Türk Dünyası” festivalında qalib FOTO

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Mayın 20-22-də Qazaxıstanda keçirilən “TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) böyük uğurla iştirak edib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın rəhbərliyi ilə nümayəndə heyətində Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova, tədrisdə innovasiyalar üzrə müşavir professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və tələbələr yer alıb.

Festival Qazaxıstanın Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası, Mədəniyyət və İnformasiya Nazirliyi və TÜRKSOY-un birgə təşəbbüsü ilə təşkil olunub. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan gənc istedadlar iştirak ediblər.

Mayın 20-də keçirilən mətbuat konfransında TÜRKSOY-un Baş katibi Sultan Raev və festival iştirakçısı olan universitetlərin rektorları iştirak edib. Həmçinin, Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə ADMİU arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum çərçivəsində təhsil, incəsənət, akademik mobillik, ikili diplom proqramları və digər birgə layihələr həyata keçiriləcək.

Festivalda ADMİU-nu SABAH qruplarının Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil edib. Onlar Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə çıxış ediblər. Tələbə Rahib Allahquliyev “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub. Rahib öz təəssüratlarını belə bölüşüb:

“Türk dünyası festivalı bizim üçün unudulmaz təcrübə oldu. Burada ustad dərsləri keçdik, müxtəlif ölkələrdən gələn tələbələrin tamaşalarını izlədik və böyük sənət dünyası ilə tanış olduq. “Yay gecəsində yuxu” tamaşasında üç obraz canlandırdım və ‘Ən yaxşı kişi rolu’ mükafatını almaq bizim üçün qürur mənbəyidir. Universitet rəhbərliyinə, müəllimlərimizə və SABAH qruplarına təşəkkür edirəm.”

Bundan əlavə, ADMİU-nun rektoru professor Ceyran Mahmudova, professor Validə Məmmədova və Əməkdar incəsənət xadimi İsrafil İsrafilov incəsənət sahəsində verdikləri töhfələrə görə qızıl medallarla təltif ediliblər.

Doğru.az olaraq, ADMİU-nun beynəlxalq səhnədə qazandığı uğurları qürurla işıqlandırırıq. Bu naliyyətlər ölkəmizin mədəniyyət və təhsil sahəsindəki mövqeyinin daha da möhkəmlənməsinin göstəricisidir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://dogru.az
archiveBu xəbər 23 May 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri