Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Azərbaycan torpaqları hesabına: “Şərqi Kürdüstan”ı kim yaradır?

Azərbaycan torpaqları hesabına: “Şərqi Kürdüstan”ı kim yaradır?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İrandakı beş müxtəlif kürd müxalifət qrupu “İran Kürdüstanı Siyasi Qüvvələrinin Alyansı” adı altında birləşib.

Silahlı təşkilatın məqsədlərinə İran İslam Respublikasının devrilməsi, kürdlərin öz müqəddəratını təyin etmək hüququ və regionda demokratik sistemin qurulması daxildir.

ABŞ-nin İrana qarşı bombardman kampaniyası başlatdıqda, ittifaqın ABŞ-la əlaqələndirilmiş birgə hərbi əməliyyatlara hazırlaşdığı bildirilir. Qrupların əksəriyyəti İraq Kürdüstanında yerləşir və siyasi koordinasiyanı gücləndirmək niyyətində olduqlarını bəyan edirlər.

Alyansa PKK terror təşkilatının İran qanadı olan PJAK, “Şərqi Kürdüstan Demokratik Partiyası”, “Kürdüstan Əmək Partiyası”, “Kürdüstan Azadlıq Partiyası”, “Şərqi Kürdüstan Zəhmətkeşlərinin İnqilabçı Cəmiyyəti Partiyası” adlı separatçı və terror təşkilatları daxil olub.

Suriyada həznəviyyə təriqəqtinin kürdəslilli dini lideri olan Şeyx Mürşid əl-Həznəvi bu razılaşamaya dəstək verib. Əl-Həznəvi razılaşmanın həyata keçiriləcəyinə və “Şərqi Kürdüstan”ın siyasi strukturları arasında qarşılıqlı etimadın daha da gücləndirilməsi üçün başlanğıc nöqtəsinə çevriləcəyinə inandığını deyib.

İran ətrafında hərbi gərginliyin yarandığı bir vaxtda kürd silahlı qruplaşmalarının öz müqəddaratını təyinetmə çağırışı altında birləşməsi yeni prosesə hazırlığın  getdiyindən xəbər verir. Yəni ABŞ-nin İrana hərbi zərbə endirmək ehtimalının artması fonunda kürd terrorçularının birləşərək “Şərqi Kürdüstan” məsələsini gündəmə gətirməsi arasında ciddi əlaqənin olduğu şübhə doğurmur.

Görünür, Suriyada “Xalq Müdafiə Birlikləri” (YPG) və "Suriya Demokratik Qüvvələri" (SDQ) terror qruplaşmalarının ləğvindən sonra bütün planları boşa çıxan separatçı və terrorçu kürd dəstələri indi öz ideyalarını yenidən dirçəltmək üçün İran ətrafında yaranmış vəziyyətdən istifadə etməyə çalışır. 

Suriyanın ərazi bütövlüyünü bərpa etməsi və ABŞ-nin bu prosesdə rəsmi Dəməşqə dəstək verməsi “Qərbi Kürdüstan” planlarını iflasa uğratdı. İrana qarşı mümkün hərbi əməliyyatların başlanması ilə əlaqədar kürd təşkilatlarının rejimi silahlı yolla devirmək qərarı “Kürdüstan” məsələsinin hələ gündəmdən çıxmadığını göstərir. 

Belə ki, Tramp administrasiyası genişmiqyaslı müharibəyə başlayacağı və teokratik rejimi devirəcəyi təqdirdə, İranın parçalanması ehtimalı yüksək olaraq qalır. Çünki ölkədə bütün xalqların və siyasi qüvvələrin maraqlarını təmin edən vahid siyasi qüvvə yoxdur.

Ona görə də İranda mərkəzdənqaçma  uzunmüddətli daxili siyasi böhrana səbəb ola bilər. Bu isə İranın parçalanması üçün ciddi siyasi zəmin yaratmış olacaq. Çox güman ki, kürd silahlı qruplaşmaları məhz bu mərhələyə hazırlıq görür və yaranmış qarışıqlıqdan istifadə edərək İran ərazisində müstəqil Kürdüstan dövlətinin yarandığını elan edə bilərlər. 

İranın şərqindəki kürd icmasının Şimali İraq Kürd Muxtariyyəti ilə həmsərhəd ərazilərdə yaşdığını nəzərə alsaq, müstəqillik uğrunda silahlı mübarizəinin daha geniş coğrafiyaya yayılmaq ehtimalı var.

Üstəlik, “İran Kürdüstanı Siyasi Qüvvələrinin Alyansı”na İraqdakı separatçı silahlı birləşmələrin də daxil olması bölgədə mövcud olan digər dövlətlər və xalqlar üçün təhlükə mənbəyinin formalaşdığını göstərir. Söhbət İraq və Türkiyədən gedir. Kürd silahlı alyansının əsas hədəflərindən biri Güney Azərbaycan əraziləridir. 

Terrorçu qruplar Qərbi Azərbaycan vilayətinin demək olar ərazisinin böyük hissəsinə iddia edir. İranın parçalanacağı təqdirdə, xüsusilə Mahabad, Urmu ərazilərində silahlı kürdlərin dinc Azərbaycan türklərinə qarşı müharibəyə başlamaq təhlükəsi var. Bu da öz növbəsində, bölgədə yeni münaqişəyə gətirib çıxara bilər. 

Hazırda İranda yaşayan kürdlərin silahlandırılması prosesi gedir. Məqsəd İran rejiminə qarşı daxildən zərbə endirməkdir. ABŞ-nin hücumu ərəfəsində kürd qruplaşmalarının birləşməsi də çox güman ki, xaricdən gələn təlimat əsasında baş tutub. ABŞ-nin İrana daha gəmilərdən və təyyarələrdən raket zərbələri endirəcəyi gözlənilir. 

Yəni ABŞ-nin İran ərazisinə qoşun çıxartmaq ehtimalı yoxdur. Bu, Birləşmiş Ştatlar ciddi itkilər verməsinə səbəb ola bilər. Ona görə də çox güman ki, ABŞ-nin İranın daxilində və sərhədindəki kürd, bəlluc, ərəb silahlı qruplarından rejimə qarşı quru əməliyyatlarında istifadə edəcəyi istisna edilmir.

Kürdlər isə rejimin devrilməsindən sonra həmin silahları müstəqil Kürdüstan dövlətinin qurulmasında istifadə edəcəklərini gizlətmirlər. Bu baxımdan, silahlar Güney Azərbaycan türklərinə qarşı yönələ bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İran “Kürdüstan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri