Icma.az
close
up
RU
Azərbaycan tranzit və logistika mərkəzi olaraq ŞCBND nin formalaşmasında maraqlıdır

Azərbaycan tranzit və logistika mərkəzi olaraq ŞCBND nin formalaşmasında maraqlıdır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycanın coğrafi mövqeyi ona Şərq-Qərb və Şimal-Cənub istiqamətindəki ticarət yollarını birləşdirmək imkanı verir. Bu mövqedən səmərəli istifadə etməklə ölkəmiz bu gün Çindən Avropaya və əks istiqamətə uzanan tranzit yollarının logistika mərkəzinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti və qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar şimaldan cənuba və əks istiqamətə daşınan yüklərin ölkəmizin üzərindən keçməsinə səbəb olub. Azərbaycanın tranzit ölkə olaraq yaratdığı infrastruktur onu cəlbedici tərəfdaşa çevirib. Orta Dəhliz Azərbaycandan keçməklə Çin ilə Avropanı birləşdirirsə, 7 min 200 kilometrlik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) isə Cənub-Şərqi Asiya, Körfəz ölkələrini, Rusiya və Qərbi Avropanı bir-birinə bağlayır.

AZƏRTAC xəbər verir ki, bu dəhlizin əsası 2000-ci ildə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində İran, Rusiya və Hindistan arasında imzalanan sazişlə qoyulub. Azərbaycan dəhlizin əhəmiyyətini və önəmli funksiyalar yerinə yetirə biləcəyini qiymətləndirərək 2005-ci ildə sazişə qoşularaq geniş işlər həyata keçirməyə başladı. Əvvəlcə 173,6 kilometrlik Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolu yenidən tikilərək genişləndirildi, Astara (Azərbaycan)-Astara (İran) gömrük-keçid məntəqəsi beynəlxalq standartlar səviyyəsində quruldu.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol salındı, Astaraçay üzərində dəmiryol körpüsü inşa olundu, Astaraçay üzərində dəmiryol körpüsündən İran ərazisində tikilmiş yük terminalına qədər 1,4 kilometrlik yol çəkildi. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasına isə davam edir.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir). Lakin burada iqtisadi dividentlər və siyasi məqamları da nəzərə almaq lazımdır. Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən ixrac olunan yüklər İranın Oman dənizi sahilindəki Çabahar və Bəndər-Abbas limanlarına daxil olaraq buradan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Qərbi Avropaya daşınacaq. Dəmir yolunun 175 kilometrlik Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara buraxılıb. Lakin İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların daha da artırılması yolun 167 kilometrlik Rəşt-Astara hissəsinin tikintisini ləngidir.

ŞCBND Rusiyanı Körfəz ölkələrilə əlaqələndirdiyindən rəsmi Moskva üçün olduqca əhəmiyyətlidir. Təsadüfi deyildir ki, 2019-cu ildə Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinin davamı üçün 1 milyard avro kredit ayrılması haqqında müqavilə imzalandı. Lakin Rusiya ilə Ukrayna arasında baş verən hərbi toqquşma Rusiyaya kredit ayırmağa imkan vermədi. Buna baxmayaraq, Rusiya məsələni diqqətdə saxlayır və ŞCBND-nin əsas seqmenti olan Rəşt-Astar dəmir yolunun tikintisini İran ilə birlikdə tamamlamaq niyyətindədir. Azərbaycan isə yuxarıda qeyd etdiyimiz kimi üzərinə düşən bütün işləri həyata keçirib.

“Avrasiya” Cənub dəhlizinin təşviqi qrupunun (South Corridor Development Group EurAsia) rəhbəri, iranlı ekspert Bəhram Bəhramşir bildirib ki, ŞCBND Hindistan, İran, Cənubi Qafqaz və Rusiyanın nəqliyyat bağlantısını yaradacaq, regional inteqrasiya və iqtisadi artıma əsaslı təkan verəcək, yüklərin daşınma müddətini 45 gündən 15 günə endirəcək, nəqliyyat xərcləri isə 40 faiz azalacaq. Həmçinin Avrasiya regionunda dənizə çıxışı olmayan ölkələrin inkişafına təkan verəcək və 2 milyona yaxın yeni iş yerinin yaranmasına səbəb olacaq. Onun hesablamasına əsasən, dəhliz tam formalaşdıqdan sonra ildə 5 trilyon dollar iqtisadi divident qazandıracaq. İlkin olaraq dəhlizlə 5 milyon, Rəşt-Astara dəmir yolu istismara buraxıldıqdan sonra isə 10 milyon ton yükün daşınması nəzərdə tutulub.

İranın Azərbaycandakı keçmiş səfiri, Tehranda fəaliyyət göstərən Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Möhsün Pakayin bildirib ki, Azərbaycan ilə İran elə bir coğrafi məkanda yerləşir ki, bu, iki dövlətin iqtisadi əməkdaşlığını zərurətə çevirib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran ilə Azərbaycanın iqtisadi inkişafına stimul verməklə yanaşı, regionda siyasi sabitliyin zəmanəti rolunu da oynayacaq. Asiyadan Avropaya və əks istiqamətə daşınan tranzit yüklərin təhlükəsizliyi tranzit dövlətlər tərəfindən təmin olunacaq. Bununla yanaşı, nəqliyyat əlaqələrinin təhlükəsizliyində həm Asiya, həm də Avropa dövlətləri maraqlı olacaq və regionda siyasi sabitliyin davamlı xarakter daşımasına hərtərəfli yardım göstərəcəklər”.

Azərbaycan tranzit və logistika mərkəzi olaraq bu dəhlizin tam formalaşmasında maraqlıdır. Belə ki, tranzit ölkə olmaqla yanaşı rəsmi Bakı da Körfəz ölkələri ilə nəqliyyat əlaqəsi yaradacaq. Bu ölkələr əsasən idxaldan asılı olduqlarına görə Azərbaycandan kənd təsərrüfatı məhsulları, tikinti materialları ala bilərlər ki, bu da ölkəmizin ixrac potensialını və valyuta gəlirlərini artırar.

Rusiya Elmlər Akademiyasının beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı bölməsinin rəhbəri Stanislav Pritçin bildirib ki, Azərbaycan ŞCBND formalaşmasında aparıcı rola malikdir və dəhlizin fəaliyyəti üçün zəruri tədbirləri həyata keçirib. Dəhliz Cənubi Qafqaz regionunun inkişafı ilə yanaşı, Azərbaycanın Rusiya və İranla ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq, yükdaşımada nəqliyyat xərclərini kəskin şəkildə azaldacaq.

Müasir dünyada baş verən gərgin geosiyasi proseslər fonunda belə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi siyasi iradənin təzahürüdür. Regionda bir sıra dövlətlərin siyasi ambisiyalarına baxmayaraq yeni dünya düzəninin formalaşdığı indiki dövrdə tranzit nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin qurulması mühüm əhəmiyyət kəsb edir. Regionda neft istehsalçısı kimi tanınan Azərbaycan, İran və Rusiya dünya trendini nəzərə alaraq qeyri-neft sektorunun inkişafına daha ciddi diqqət yetirirlər. Dünya bazarında neftin dəyərinin tədricən arxa plana çəkilməsi nəqliyyat və tranzitin inkişafı üçün meydan açıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri